"Ərəb baharı" və ayrı-ayrı ölkələrdə baş verən "rəngli inqilab"ların hər birində USAİD-in "barmağı" var" - DEPUTAT

"Ərəb baharı" və ayrı-ayrı ölkələrdə baş verən "rəngli inqilab"ların hər birində USAİD-in "barmağı" var" - DEPUTAT"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında müstəqil siyasət yürüdən ölkə olaraq Azərbaycan zamanında Vaşinqton rəsmilərinə kifayət qədər tutarlı mesajlar göndərmişdi. Amma USAİD-in çirkli fəaliyyətini durdurmağı ABŞ-da kimsə düşünmürdü".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev qeyd edib ki, USAID Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir:

"Amma bu yardımları, cəmiyyətlərin inkişafını necə inkişaf etdirir, bu, çox maraqlıdır. İndiyədək ABŞ-ın rəsmi mənbələri USAİD-i başqa cür təqdim etməyə çalışıblar, bəs bu təşkilatın əsl üzü necədir? Yardım adı altında hansı ölkələrdə qanunsuz əməllər törətdiyini sadalamaqla qurtarmaz. "Ərəb baharı"ndan tutmuş ayrı-ayrı ölkələrdə baş verən "rəngli inqilab"lara qədər, hamısının altından USAİD-in "barmağı" çıxıb. Əslində bu təşkilatın müxtəlif adlar altında dünya ölkələrində törətdiklərinin ABŞ-ın imicinə nə qədər ziyan vurduğu barədə əvvəllər də xəbərdarlıqlar edilmişdi. Buna baxmayaraq nə Ağ Ev, nə Konqres, nə də Senat təşkilatın əməlləri ilə dövlətin siyasətində bir bağlılıq, uyğunluq olduğunu nəzərə alaraq, əksinə ona dəstək verilmişdir".

Bəhruz Quliyev vurğulayıb ki, bu gün isə Ağ Evdə tam fərqli bir prezident və komandası fəaliyyət göstərir. Trampın siyasətində "öncə Amerika", "hər şey Amerika üçün" şüarı prioritetdir:

"Yeni hökumət xarici ölkələrə və oradakı layihələrə milyardlar xərcləmək niyyətində olmadığını açıqlayıb. Bu gün Trampın bir nömrəli vəzifəsi ABŞ-ı xilas etməkdir. Ona görə də son 20 ildə Yaxın Şərq, Cənubi Qafqaz, postsovet məkanı, "qara qitə" və digər regionlarda baş tutan inqilabları, dövlət əlehinə aksiyaları, pozuculuq ssenarisi üzərində tərtib edilmiş layihələri maliyyələşdirən USAİD kimi təşkilatların fəaliyyətini dondurmaq da planın bir hissəsidir. ABŞ-ın indiki hakimiyyətinin reaksiyası belədir ki, İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti USAID-ə nəzarət etməyə başlayıb. Texnologiya maqnatı və Trampın müttəfiqi İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin "ölməsinin" vaxtının gəldiyini söyləyib. Məsələ burasındadır ki, Ağ Ev administrasiyasının araşdırmasından sonar məlum olub ki, USAID tərəfindən idarə olunan maliyyənin yalnız 10-30 faizi yardıma gedir. Təşkilat "bir dəstə dəli radikallar" tərəfindən idarə edilib, "Amerikaya nifrət edən radikal solçu marksistlərin gürzə yuvası"na çevrilib. Bu fikirləri İlon Mask da təsdiq edib.

USAİD-in Azərbaycanda fəaliyyətinin "humanitar pərdə" altında olduğunu hər kəs bilir. Media və QHT-lər üzərindən cəmiyyətin "inkişafına" hansı "töhfələr" verdiyindən də xəbərdarıq. Bir faktı qeyd edək, bu ilin yanvar ayının əvvəllərində Azərbaycan XİN belə bir məlumat yaydı ki, ABŞ ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərib. Azərbaycan da qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdikdə məlum oldu ki, ABŞ öz istəyini Azərbaycana diktə edərək qəbul etdirmək istəyir. Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Belə olan təqdirdə Azərbaycan həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1471   Tarix: 07 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr