Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan TƏHLÜKƏDƏ

Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan TƏHLÜKƏDƏQahirədə bir araya gələn 5 ərəb ölkəsi - Səudiyyə, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzadan deportasiya etmək planına etiraz olaraq ABŞ dövlət katibi Marko Rubioya ortaq məktub göndəriblər. Məktubda qəzzalıların köçürülməsinin regiondakı böhranı və çaxnaşmanı dərinləşdirəcəyi bildirilir, bunun yerinə Qəzzanın sürətli bərpasına və İsraillə Fələstinin birlikdə mövcud olduğu ikidövlətli həll yoluna Tramp tərəfindən dəstək verilməsi barədə çağırış edilir.

Ekspertlər Trampın planını "ölü doğulmuş uşaq" adlandırırlar. Hətta bunun yeni Ərəb-İsrail müharibəsinə səbəb olacağı da deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Trampın bu fikirlərinin həyata keçirilməsi praktiki olaraq mümkün deyil:

"Bunun bir sıra səbəbləri var:

Birincisi, 1 milyon 800 min insan öz torpaqlarını tərk etmək niyyətində deyil. Onlar indiyədək İsrailin dəhşətli hücumlarından qorxmayaraq öz vətənlərini tərk etməyiblər. Demək olar ki, hər ailədən itki verən qəzzalılar dirəniş göstərirlər. Bunun həyata keçirilməsi üçün 1 milyon 800 min insanı məhv etmək lazımdır. Təbii ki, bu da mümkün deyil. Digər tərəfdən qəzzalıların sürgün edilməsi o deməkdir ki, HƏMAS üzvləri də onlarla bərabər qonşu ölkələrə köç etməlidir.

Misir isə buna qəti etiraz edir və HƏMAS-ı Misirin təhükəsizliyinə təhdid hesab edir. Yəni Misir indiyədək bu səbəbdən qəzzalıların Misirə köç etməsinə qarşı çıxır. İordaniya da buna kəskin etirazını bildirib və bu təklifi heç bir halda qəbul etməz. Çünki İordaniya ilə Fələstin arasında tarixi ziddiyyət var. Trampın açıqlaması spontan söylənilən ifadədir və əsası yoxdur, praktiki mexanizmləri yoxdur. Əlbəttə Tramp Yaxın Şərq üzrə mütəxəssis deyil və orada bu problemi öz düşüncəsi ilə həll edə bilməz".

Siyasi şərhçi qeyd edib ki, bu, Netanyahunun fiaskoya uğramış planının bir hissəsidir və həyata keçirilməsi mümkünsüzdür:

"Tramp üçün prioritet istiqamətlər ABŞ-ın daxili iqtisadi problemlərini həll etmək və müharibələrə girməməkdir. Bu planın reallaşması İsrailin təkbaşına həll edəcəyi məsələ deyil. Bunun üçün ABŞ birbaşa müharibəyə girməli və İsrailə limitsiz dəstək verməlidir. Buna isə ABŞ-ın iqtisadi imkanları və geosiyasi vəziyyəti imkan vermir. Digər tərəfdən, Tramp da çox yaxşı anlayır ki, Netanyahunun siyasi karyerası bitib və onu İsraildə ciddi problemlər gözləyir. Netanyahunun hakimiyyətdən getməsi ilə bu problemlər də yoxa çıxacaq".

Ə.Zülfüqaroğlu vurğulayıb ki, adıçəkilən ərəb ölkələri ilə yanaşı Türkiyə də buna kəskin etirazını bildirib:

"ABŞ hökuməti Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normal olmasına çalışır. Bu baxımdan Trampın açıqlaması ilə ABŞ-ın bu istiqamətdə yürüdəcəyi siyasətin tərs mütənasib olacağını düşünürəm".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1154   Tarix: 08 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl

25 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr