Şolts: Aİ Trampın rüsum tətbiqinə dərhal cavab verəcək
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) gələn mallara rüsum tətbiq etsə, Avropa Komissiyası buna operativ reaksiya verə biləcək.
"Report" "Praym"a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.
"Mən qarşıdurmaya deyil, əməkdaşlığa üstünlik verirəm... Amma ABŞ belə addımlar atarsa (rüsumlar tətbiq edərsə - red.), Avropa Komissiyası bir neçə saat ərzində buna cavab verə biləcək", - o deyib.
Kansler vurğulayıb ki, qloballaşma inkişaf etmiş, ixracyönümlü sənayeyə malik ölkə kimi Almaniyaya xeyir verir və bu vəziyyət qorunmalıdır.
Onun fikrincə, Aİ birləşməli və gücünü nümayiş etdirməli, bununla da öz fəaliyyət qabiliyyətini göstərməlidir.
Xatırladaq ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Brüsselin Vaşinqtona "dəhşətli" münasibət göstərdiyi üçün Aİ mallarına idxal rüsumları tətbiq edəcəyini bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 799 Tarix: 08 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. "Report" xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb. "İran son anadək "Hizbullah"ı dəstəkləyəcə
24 mayErmənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib
İrəvanda məhkəmə deputatlığa namizəd Andranik Tevanyanın 2 ay müddətinə həbs olunması barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Daha əvvəl təqsirləndirilən şəxsin vəkili Aram Orbelyan bildirib ki, işin materiallarında dövlət sirrini
24 mayCHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib
İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb
24 mayİsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır
İsveçrə hökuməti ölkə əhalisinin sayının məhdudlaşdırılmasını tələb edən "10 milyonluq İsveçrəyə yox!" təşəbbüsü ilə bağlı 14 iyun tarixinə referendum təyin edib. "Report" xəbər verir ki, bu təşəbbüsün dəstəyi ilə İsveçrə hökuməti 2050-ci ilə qədər əhalinin 9,5 milyon nəfər və dah
24 may