Sofiya aeroportunda naməlum PUA səbəbindən altı reys təxirə salınıb
Bolqarıstanın paytaxtı Sofiya şəhərində hava limanında naməlum pilotsuz uçuş aparatının (PUA) aeroport ərazisində peyda olmasından sonra altı reys təxirə salınıb.
"Report" Bolqarıstanın "NovaTV" telekanalına istinadən xəbər verir ki, PUA-nın mənşəyi və hava limanı ərazisində uçuş məqsədi hələlik məlum deyil.
Bolqarıstanın Milli Hava Qəzalarının Təhqiqat İdarəsinin nümayəndəsi Xristo Xristov bildirib ki, PUA uçuşların təhlükəsizliyinə ciddi təhlükə yarada bilərdi. Onun sözlərinə görə, aparat təyyarələrin mühərriklərinə dəyə və ya təyyarənin digər sistemlərini zədələyə bilərdi.
Xristov onu da qeyd edib ki, belə dronların uçuşu üçün Mülki Aviasiya İdarəsindən icazə tələb olunur, lakin indiki halda belə istək olmayıb. "Bu, qeyri-qanuni uçuşdur. Onun hansı məqsədlə edildiyini bilmirəm", - o bildirib.
O əlavə edib ki, bu, son ay yarımda hava limanı ərazisində dronların görünməsi ilə bağlı artıq ikinci və ya üçüncü hadisədir.
Xtistovun fikrincə, belə insidentlər ictimai təhlükə yaradır və cinayət kimi qiymətləndirilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 903 Tarix: 09 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulİranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"
5 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulƏn xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə
9 iyulMəşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz
5 iyul