Türkiyə Aya iki kosmik gəmi göndərəcək
Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək.
"Report" xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb.
Söhbət Türkiyə Kosmik Agentliyinin (TKA) Aya gəmi göndərməsindən gedir. "AYAP-1" adlı kosmik gəmi gələn il Aya göndəriləcək.
Bu gündən etibarən "AYAP-1" çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri aparılır. Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi üçün danışıqlar davam edir.
"AYAP"ın ikinci mərhələsində aparatın milli daşıyıcı ilə kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə "AYAP-2" kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Qeyd edək ki, TKA rəhbəri Yusuf Kıraç daha əvvəl ölkəsinin kosmosda aparıcı aktorlardan biri olacağını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 975 Tarix: 09 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyulİsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulEstoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyulAlimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
9 iyul