Yağışlı havalarda Bakıdakı qəzaların GÖRÜNTÜLƏRİ
"Yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması və əyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur. Paytaxtda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir".
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb:
"Qəzaların baş verməsi və texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması isə qeyri-pik saatlarda belə, sıxlıq olmayan yollarda nəqliyyatın hərəkətində problemlər yaradır.
Bəs hansı qaydalara əmək etmək tövsiyə olunur?
Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin təkərlərinin, şüşə təmizləyicilərinin və işıqlandırma cihazlarının sazlığını yoxlamalıdırlar. Hərəkət zamanı nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə, hətta yolun sürüşkən vəziyyətini nəzərə alıb nisbətən aşağı sürətlə idarə etməli, ara məsafəsini isə daha böyük götürməlidirlər. Yağıntılı havalarda yolda sürüşmə riski çox olduğundan təhlükəli manevrlərdən çəkinmək lazımdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarşıdakı günlərdə və aylarda yağmurlu hava şəraitinin olacağını nəzərə alaraq, sürücüləri yollarda daha diqqətli olmağa və göstərilən qaydalara əməl etməyə çağırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 930 Tarix: 10 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır - FOTO
Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir
26 martAğdamda bir nəfər MİNAYA DÜŞDÜ - Son vəziyyəti açıqlandı
Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb. Mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığ
26 martBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib
25 martYağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK
Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili
25 martBakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu
26 martQadınlar niyə ərlərindən BEZİRLƏR?
Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad
24 mart