Bakıda bu istiqamətlərdə yeni yollar salınacaq - SİYAHI
Bakı və ətraf ərazilərdə avtomobil yollarının yenidən qurulması və yeni yolların inşası istiqamətində irimiqyaslı layihələr planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, 2025-2030-cu illəri əhatə edən bu layihələr yol hərəkəti səmərəliliyinin artmasına, təhlukəsizlik səviyyəsinin yüksəldilməsinə və nəqliyyat axınının optimallaşdırılmasına təkan verəcək.
Bu yolların tikintisi və istismara verilməsi bir sıra dövlət qurumlarının birgə işi kimi planlaşdırılıb. irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Bakı şəhərində nəqliyyatın axınını xeyli asanlaşdıracaq, yol hərəkəti qaydalarının tətbiqini effektiv edəcək və paytaxtda yol infrastrukturu sahəsində ciddi irəliləyişə nail olunacaq.
2025-2026-cı illərdə başa çatacaq yollar:
Bilgəh−Novxanı−Xırdalan yolu – Bu yol Bakı−Rusiya sərhədi yolunun 16-cı kilometrindən başlayaraq, Bakı−Şamaxı yolunun 18-ci kilometrinə qədər uzanacaq.
20 Yanvar yol qovşağının təkmilləşdirilməsi – Yeni bağlantılar yaradılacaq ki, sıxlıq azalsın.
Akademik Həsən Əliyev küçəsi – "Koroğlu" metro stansiyası yolu – Bu yolun bir hissəsi tikilib istifadəyə veriləcək.
Xırdalan şəhərinin əsas yollarla əlaqəsinin yaxşılaşdırılması – Xırdalanın Bakı-Quba və Bakı-Şamaxı yollarına çıxışı rahatlaşdırılacaq.
Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi – Ə.Salamzadə küçəsindən bu prospektə keçid daha rahat olacaq.
M-1 Bakı−Quba yolu və Xırdalan dairəsində (VAZ dairəsi) yolayrıcının yenidən qurulması – Xırdalan dairəsində nəqliyyatın hərəkəti təkmilləşdiriləcək.
Yol hərəkəti təhlükəsizliyi üzrə müayinələr (auditlər) – Bakı-Quba və Bakı-Ələt yollarında təhlükəsizlik yoxlanacaq və lazım olan yerlərdə düzəlişlər ediləcək.
2025-2030-cu illər arasında görüləcək işlər:
Binəqədi−Novxanı avtomobil yolu – Yeni yol çəkiləcək.
Sabunçu və Sulutəpə arasında dairəvi yol – Bu iki qəsəbə arasında yeni yol tikiləcək.
Bakı dairəvi-1 və Ziya Bünyadov prospektini birləşdirən yol – Daha rahat əlaqə yaradılacaq.
Mehdiabad−Baksol−Ziya Bünyadov yolu – Yeni avtomobil yolu salınacaq.
Yusif Səfərov küçəsi və Babək prospekti ilə Xətai prospektini birləşdirəcək yol – Əlavə körpülər tikiləcək.
Məhəmməd Xiyabani küçəsində tunel və dairəvi yol – Burada yol qovşağı yenidən qurulacaq.
Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yeni yol qovşağı – Burada yeni tunel və yol bağlantıları olacaq.
M-4 Bakı−Şamaxı−Yevlax yolu və Xırdalan arasında yeni yol ötürücüsü – Xırdalanın mərkəzindən Bakı-Şamaxı yoluna çıxış yaradılacaq.
Mir Cəlal küçəsindən Biləcəriyə yeni yol – Biləcəriyə daha rahat gediş olacaq.
Xırdalan və Masazır-Novxanı yolu arasında yeni avtomobil yolu – Burada yeni yol çəkiləcək.
Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması – Böyükşor küçəsi ilə yeni əlaqələndirici yollar tikiləcək.
Ziya Bünyadov prospektində avtobuslar üçün iki yeni yol ötürücüsü – Bu, avtobusların tıxacsız hərəkətini təmin edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü