Qadın mübahisə etdiyi ərini güllələdi
Çayırova rayonunda F.A. adlı qadın əri Seyithan Adırla mübahisə zamanı onu silahla vuraraq öldürüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Atatürk Məhəlləsində, tütün məmulatları satılan mağazada baş verib.
Belə ki, F.A məlum olmayan səbəbdən əri Seyithan Adırla mübahisə etməyə başlayıb. Mübahisə getdikcə davaya çevrilib. Bu zaman F.A silahla ərini güllələyib.
Qadın daha sonra qonşuluqdakı mağazaya gedərək ərini güllələdiyini deyib və oradakılardan təcili tibbi yardıma məlumat vermələrini istəyib.
Vətəndaşların xəbəri ilə hadisə yerinə polis və təcili tibbi yardım göndərilib. Qısa müddətdə hadisə yerinə gələn həkimlər Seyithanın öldüyünü müəyyən ediblər. 5 uşaq anası F.A saxlanılıb.
İfadəsi alınan qadın məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1083 Tarix: 10 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlunun bombalı hücumundan sağ çıxmışdı, ürəktutmadan öldü
Türkiyənin Mardin vilayətində ötən il oğlunun avtomobilinə yerləşdirdiyi uzaqdan idarə olunan partlayıcı ilə öldürülmək istənilən Mehmet Eye vəfat edib. xəbər verir ki, 2024-cü il iyunun 30-da Mazıdağı rayonunda baş verən hadisədə miras üstündə yaranan mübahisə səbəbindən Polat E.-nin atası Mehmet Eyen
3 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyul58 yaşlı iş adamı başından güllə yarası almış vəziyyətdə tapılıb
Muğlanın Datça rayonunda tikinti sahəsində 58 yaşlı iş adamı Z.B. iş yerində başından güllə yarası almış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə barədə daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralıya hadisə yerində ilkin tibb
3 iyul