"Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətini yanıltmaq üçün danışdığı növbəti yalandır" - DEPUTAT
"Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətini yanıltmaq üçün danışdığı növbəti yalan və uydurmadan başqa bir şey deyil".
Bunu Sonxeber.az-a danışa Cavanşir Paşazadə bildirib.
Deputat bildirib ki, təəssüf ki, Ermənistan onu silahlandıran və regionda növbəti müharibə qığılcımlarını yaratmağa çalışan havadarlarının sifarişi ilə addım atır:
"Paşinyanın "Armenpress"də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Eləcə də məqalədə səsləndirdiyi digər əsassız fikirlər reallığı təhrif etməkdən başqa bir şey deyil. Ermənistan rəhbərliyi bu cür sərsəm açıqlamaları ilə üzərinə götürdüyü öhdəliklərdən boyum qaçırmaq və sülh müqaviləsinin imzalanması ilə bağlı başladılan prosesin müddətini uzatmağa çalışır. Yaxşı olar ki, Ermənistanın baş naziri sülhə nail olmaq perspektivlərini sarsıdan addımlardan çəkinsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək xalqının sülh şəraitində yaşamasına nail olsun".
Deputat vurğulayıb ki, Ermənistanın silahlandırılması Azərbaycanın təhlükəsizliyinə və bölgə üçün birbaşa təhdiddir:
"Sülh danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Bir tərəfdən də Qərbin Ermənistanı sürətlə hərbiləşdirilmək kampaniyası davam edir. Əlbəttə ki, qərbin Ermənistana hərbi yardım göstərməsi ölkədəki revanşistləri qızışdırmaq üçün atılan addımdır. Azərbaycan hər şeyin fərqindədir. Ölkə lideri İlham Əliyevin dünya miqyasında artan nüfuzu və ölkənizin uğurları bəzi dövlətləri narahat edir. Heç bir təxribat və bəyanat Azərbaycanı yolundan döndərə bilməyəcək. Tezliklə Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalayacaq və Zəngəzur dəhlizi açılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1030 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabr