"Gələcəkdə Azərbaycanın tərəqqisində və inkişafında gənclərin rolu çox böyük olacaq" - DEPUTATLA MÜSAHİBƏ

"Gələcəkdə Azərbaycanın tərəqqisində və inkişafında gənclərin rolu çox böyük olacaq" - DEPUTATLA MÜSAHİBƏDeputat Mahir Süleymanlı Sonxeber.az - ın suallarını cavablandırıb.

Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?

"İlham Əliyevin son 22 ildə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan istər iqtisadi, istər siyasi, istər sosial, mədəni, gənclər və idman sahəsində çox böyük nailiyyətlər əldə edib. Bunların hər biri İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Prezidentimiz uzun illərdir dünyanın hegemon dövlətləri ilə yüksək səviyyəli əlaqələr qurur. Qardaş Türkiyə, Rusiya, Avropa ölkələri ilə əlaqələr qurulub. Bu əlaqələr günü-gündən inkişaf edir və artmaqda da davam edir. Bildiyiniz kimi prezidentimiz həm gənclər və idman sahəsinə, həm də mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Gənclərimizin sosial, iqtisadi və digər sahələrdə irəliləməsinə dövlətimiz çox böyük şərait yaradır. Bunların hər biri İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin prezidenti olması ilə bağlıdır. Onun apardığı uğurlu islahatlar bu gün Azərbaycanı istər Cənubi Qafqazın, istərsə də dünyanın tanınan hegemon dövlətlərindən birinə çevirib. Bunun nəticəsidir ki, İlham Əliyev bir il öncə - 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində də xalqın etimadını qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının prezidenti seçildi. Bu, xalqımızın prezidentimizə verdiyi dəyərin bariz nümunəsidir. Həmçinin, İlham Əliyevin Qarabağın alınmasında ordumuza çox güclü komandanlıq etməsinin də böyük rolu var. Onun rəhbərliyi ilə biz torpaqlarımızı işğaldan azad etdik. Çox böyük hərbi və siyasi qələbə qazandıq. Azərbaycanı artıq bütün dünya tanıyır. Bunların hər biri İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Təbii ki, əsgərlərimizin, ordumuzun, qazilərimizin, şəhidlərimizin qanı-canı bahasına bu qələbə qazanılıb. Burda xalq, ordu, prezident birliyi çox böyük rol oynayıb".

Mahir bəy, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru davam edir.

"Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizə böyük köç başlayıb. Təbii ki, minalardan təmizlənmə mühim əhəmiyyət kəsb edən bir məsələdir. Buna görə prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasında Minatəmizləmə Agentliyi yaradılıb. Həmin agentlik bu sahədə işlərin görülməsində çox mühim rol oynayır. Ermənistanın mənfur siyasəti nəticəsində son 30 ildən artıq müddətdə bizim işğal altında olan torpaqlarımızda böyük dağıntılar həyata keçirilib. Məscidlərimiz dağıdılıb, mədəni abidələrimiz məhv edilib. Ərazilərimizdə salamat heç bir bina, ev qalmayıb. Bunlar Ermənistanın vəhşi siyasətinin nəticəsidir. O ərazilərdə basdırılan minalar da Ermənilərin soyqırımsevər millət olduğunun, insanlığa qarşı necə mənfur davrandığının əyani sübutudur. Bildiyiniz kimi artıq bu sahədə işlər aparılır. Minatəmizləmə üçün böyük avadanlıqlar alınıb. Onlar işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Ümid edirik ki, yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək. Vətəndaşlarımız həmin torpaqlarımızda əmin amanlıqla yaşayacaq".

"Gələcəkdə Azərbaycanın tərəqqisində və inkişafında gənclərin rolu çox böyük olacaq" - DEPUTATLA MÜSAHİBƏ44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha çox artdı. Ölkəmizə qarşı başladılan təxribatların başında Fransa durur. Hazırda regionda növbəti müharibə qığılcımlarını yaratmaq üçün Ermənistanı silahlandırmağa davam edir. Fransanın regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımları davam edərsə Azərbaycan-Fransa arasında diplomatik əlaqələrə son qoyula bilərmi?

"Bildiyiniz kimi, böyük qələbədən sonra Fransa və bəzi Avropa ölkələri Azərbaycana qarşı məlum kompaniyaya start verib. Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır. Çünki, Makron höküməti Azərbaycana qarşı 44 günlük müharibədən sonra çox mənfi bir yol gedir. Ümid edirik ki, gələcəkdə bu problemlərin həlli üçün əməli addımlar atılacaq. Çünki, prezidentimizin də dediyi kimi Azərbaycan çox müstəqil və məqsədyönlü siyasət yürüdür. Heç bir ölkə ilə münasibətlərinin korlanmasını istəmir. Hər zaman istər qonşuları ilə, istərsə də digər Avropa ölkələri ilə uğurlu xarici siyasət keçirməkdə qərarlıdır. Sadəcə Fransa kimi ermənipərəst mövqedə dayanan ölkələr müharibədən sonra Ermənistanın tərəfində duraraq Azərbaycana qarşı heç düzgün olmayan bir mövqe sərgiləyirlər. Bunların da kökündə paxıllıq dayanır. Çünki Azərbaycan kiçik və gənc bir ölkə olmasına baxmayaraq çox böyük qələbə qazanıb. Öz gücünə bütün torpaqlarını işğaldan azad edib. Öz suverenliyini tam şəkildə bərpa edib. Təbii ki, bu, bir çox böyük Avropa ölkələrinin xoşuna gəlmir. Biz ümid edirik ki, Fransa gələcəkdə öz mövqeyini dəyişəcək və Azərbaycanla uğurlu əlaqələri genişləndirəcək. İki ölkə arasında diplomatik əlaqələrin davam edib, etməyəcəyinə gəldikdə isə bu gələcəkdə Fransanın aparacağı siyasətdən asılı olan bir məsələdir".

"Gələcəkdə Azərbaycanın tərəqqisində və inkişafında gənclərin rolu çox böyük olacaq" - DEPUTATLA MÜSAHİBƏBu gün qarşıya qoyulan hədəflərdən biri də qərbi azərbaycanlıların öz doğma yurdlarına köçürülməsidir. Qərbi azərbaycanlıların sülh və təhlükəsiz və ləqayətli şəkildə geri qayıdışı dedikdə nələr nəzərdə tutulur?

"Bildiyiniz kimi, bu gün artıq Qərbi Azərbaycan icması ilə bağlı fəaliyyət göstərən təşkilatlar bir çətir altında fəaliyyətə başlayıb. Təbii ki, gələcəkdə Qərbi Azərbaycana qayıdış proqramı öz həllini tapacaq. Qərbi Azərbaycanadan olan soydaşlarımızın təhlükəsiz və sülh şəraitində öz dədə-baba torpaqlarına qayıtması bizim hər birimizin istəyidir. Əminik ki, gələcəkdə digər məsələlər öz həllini tapdıqdan sonra Qərbi Azərbaycandan olan həmyerlilərimizin öz torpaqlarına qayıdışı təmin ediləcək. Çünki, artıq bizim torpaqlarımız işğaldan azad olunub. Böyük bir qələbə qazanmışıq. Əminik ki, prezidentimizin rəhbərliyi ilə bu məsələ də öz həllini müsbət mənada tapacaq".

Son olaraq, Azərbaycan gəncləri barədə nə düşünürsünüz? Sizcə gələcəyimiz əmin əllərdədirmi?

"Hər il 2 Fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Gənclər günü ilk dəfə 2 fevral 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə elan olunub. Azərbaycan gəncləri ölkəmizin siyasi, idman, mədəniyyət və.s həyatında çox fəal iştirak edirlər, ciddi işlər görürlər. Bu gün İlham Əliyevin gənclərimizə çox böyük qayğısı var. Onlar bu qayğını hiss edirlər. Gələcəkdə də Azərbaycanın tərəqqisində, inkişafında gənclərin rolu çox böyük olacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v

26 mart
.

Yağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili

25 mart
.

Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub. xəbər verir ki, videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə suba

24 mart
.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart
.

Ağdamda bir nəfər MİNAYA DÜŞDÜ - Son vəziyyəti açıqlandı

Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb. Mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığ

26 mart
.

Bakıda bu yollar iki gün bağlı olacaq

Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq. xəbər verir ki, bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-da

25 mart
.

Sabah intensiv yağış yağacaq: Subasma ehtimalı var - 28.03.2026

Azərbaycanda martın 28-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətl

27 mart
.

Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxs

26 mart
.

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu

26 mart