"Xanım kimi xoşbəxt deyiləm, ikinci dəfə ailə qurdum amma..."
Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı etiraflar edib.
Milli.Az xəbər verir ki, aktrisa "Etiraf" verilişində nakam sevgisindən danışıb:
"Xanım kimi xoşbəxt deyiləm. Gənc qız hər zaman ağ atlı şahzadəsini arzulayır. Yəni mən o şahzadəmi tapmadım. Şahzadə deyəndə bəlkə də insanlar zənginlik və sairə kimi başa düşərlər. Xeyr! Düşünürəm ki, bu həyatda mən "ruh əkizimi" tapa bilmədim.
Buna da şükür edirəm. Bu gün anayam, övladım var, az-çox tamaşaçılar tərəfindən sevilirəm. Allahın mənə yazdığı bu taleyə görə də şükür edirəm.
Təbii ki, sevdiyim olub. O insanla qovuşmamışam. Qoymadılar, imkan vermədilər qovuşmağa. Ən böyük sevgim də o insan olub. Bizim aramızda çox böyük bir sevgi olub. Onun dostları imkan vermədilər biz qovuşaq. Bizi çox gözəl cütlük adlandırırdılar. Düzdü, o dostlardan biri gəlib məndən etdiklərinə görə üzr istədi. Amma sevdiyim insanın da həyatı məhv oldu. O, tənha bir həyat yaşadı və dünyasını dəyişdi. Həyatı tənhalıqla keçdi. Həyatdır da".
N.Allahverdiyeva ikinci dəfə ailə qurmasından bəhs edib:
"İkinci dəfə ailə həyatı qurdum. Amma alınmadı, ailəmiz dağıldı. Tənhalıq çox pis şeydir. Təklikdə tənhalığın arasında böyük bir fərq var. Tənhalıq bir insanın daxili aləmidir. Tənha olmaq həm kişi, həm də qadın üçün çox çətindir. Tənhalıq quyunun dibidir. Düşürsən ora və çabalayırsan. Deyəcəyin söz yox, dərdini danışacağın bir insan yox. Amma yenidən ailə qurmaq və buna addım atmaq kimi düşüncələrim yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10 sentyabrAlim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara
19 sentyabr"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrTacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə
21 sentyabr3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə
24 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabr"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabrAlim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabr