Tağıyevin nəticəsi Leyla Aru illər sonra - Foto
Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Leyla Aru illər sonra üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.
Aparıcı Leyla Arunun 44 ildir Virciniyada yaşadığını qeyd edib:
"Amerikada doğulub, sonradan ailəsinin işi ilə əlaqədar İstanbula getsə də, 80-ci illərin siyasi cərəyanlarının nəticəsində türkiyəli həyat yoldaşı ilə birlikdə yenidən, həmişəlik ABŞ-yə yerləşib.
Bakı milyonçuları - ana tərəfdən Hacı Zeynalabdin Tağıyev və ata tərəfdən Şəmsi Əsədullayevin nəticəsidir. O, Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladıdır. Özündən başqa bir bacısı və qardaşı da Amerikada yaşayır.
Ailə hekayəsi ilə bağlı bir film hazırlamaq təklifimizə isti baxmadı. Tağıyevə Bakıda heykəl qoyulduğunu, haqqında film çəkildiyini də bilir, ancaq çox da vacib olmadığını vurğulayır. Əslində xeyriyyəçilik missiyasını böyük məmnuniyyətlə davam etdirə biləcəklərini söyləyir. Amma bir zamanlar məhrum qaldıqları haqq və hüquqları bərpa olunmadığından əllərindən bir şey gəlmir deyir".
Qeyd edək ki, Leyla Aru sonuncu dəfə 2016-cı ildə Azərbaycan mətbuata müsahibə verib. Belə ki, qardaşı Əli bəy Səfiyurdlu ilə birlikdə AzVision.az-a müsahibə verən Leyla xanım Azərbaycana gəlmək istədiyini də vurğulamışdı. Ən böyük arzunuz nədir sualına isə "Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik", - deyə cavab vermişdi.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1520 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabr