İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA
Son zamanlar sosial şəbəkələrdə özlərini şəfaçı, yaşam koçu adlandıran insanlar tez-tez qarşımıza çıxır. Hansı ki, bu şəxslər insanlara ödənişlə "seans" verirlər. Bu sahədə heç bir təhsilləri olmasa belə...
Psixoloq Aytən Ələkbərova Sonxeber.az -a açıqlamasında bildirib ki, son zamanlar insanların özlərini "şəfaçı", "yaşam koçu" adlandıran bir qisim şəxslərin yaratdığı psixoloji problemlər səbəbi ilə psixoloqlara müraciət etmə hallarının sayı artıb.
Bəs görəsən niyə insanlar israrla bu şəxslərə inanmağa davam edir?
Sosioloq Lalə Mehralı bu barədə saytımıza açıqlama verib:
"Hazırda elə bir zamanda yaşayırıq ki, insanların hamısı ən asan yolla varlanmağı hədəfləyirlər. Hər gün yeni bir peşə, istiqamət məşhurlaşır. İnsanlar durmadan bu tip yeni "işlər" yaradırlar. Maraqlısı budur ki, hər birinə də təlabat yaranır. Bu insanların belə tez və asan varlanması onu göstərir ki, insanlar onlara inanır, etibar edir. Bir insan niyə öz həyatını planlamağı ondan tamamilə xəbərsiz, yad birinə həvalə etsin? Məsələ budur. Mənim həyatımı məndən yaxşı heç kəs planlaya bilməz. Əgər bu həyatı mən yaşayıramsa, deməli hərşeyin ən yaxşısını da mən özüm edə bilərəm. Çünki, gəlirlərimi, çıxarlarımı bilirəm. Həyatımda əhəmiyyətli olan və olmayan hadisələri ən yaxşı özüm anlayıram. Nəinki hər hansı bir "yaşam koçu" və ya "şəfaçı"..
Ümumiyyətlə o insanların seans vermələri, marafonlar təşkil etmələri çox absurddur. Onların gündə bir dəfə deyəcəyi motivasiya edici cümlənin qarşılığında isə insanların 400-500 manat pul xərcləmələri gülüncdür. Bu normal, ağıllı insanın işi deyil. Əgər mənim motivasiyaya ehtiyacım varsa, araşdıraram, oxuyaram və o motivasiyanı özüm taparam. Niyə böyük məbləğlər verib o marafonlara qoşulmaq məcburiyyəti hiss edim ki? Məgər həmin pul asan yollamı qazanılır? Bu vəziyyətin heç bir açıqlaması yoxdur".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1276 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabr