"Paşinyanın "Armenpress"-də dərc etdirdiyi məqalə Ermənistan hakimiyyətinin sülhə hazır olmadığının göstəricisidir" - DEPUTAT
"Paşinyanın "Armenpress"-də dərc etdirdiyi məqalə cəfəng və ziddiyətli fikirlər, Ermənistan siyasi hakimiyyətinin, cəmiyyətinin sülhə hazır olmadığının göstəricisidir. Sülh danışıqlarını imitasiya etməklə, özünün "sülhpərvər" imicini formalaşdırmaq, vaxt qazanmaq məqsədi daşıyır".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, sülh istəyən dövlət, sürətlə silahlanmır, kommunikasiyaların açılması ilə bağlı, özünün belə imzaladığı öhdəliklərindən yayınmır:
"Sərhəddə binokl şousu göstərən Avropa İttifaqının müşahidə missiyasının vaxtını daha iki il müddətinə bir tərəfli qaydada uzatmır. Bilir ki, həmin missiyanın ,,fəaliyyəti,, Azərbaycanın narazılığına səbəb olur və sülh danışıqlarında etimadsızlıq mühiti yaradır. Paşinyan bəyan edir ki, sərhədin demarkasiya olunmuş hissəsindən müşahidəçilər çıxarıla bilər. Buna, uşaq başı aldatmaq deyirlər. İndiyədək 900 km-dən artıq ümumi sərhəddin cəmi 13 km -i demarkasiya olunub. Delimitasiya prosesləri isə, 10 illiklərlə çəkə bilər. Bu isə, həmin missiyanın uzun illər orada qalması və gərginliyin davam etməsi anlamına gəlir".
Deputat vurğulayıb ki, "Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır" kimi sərsəm fikirlər isə, heç bir əndazəyə sığmır
"Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur. Ancaq, tarixi ədalət bərpa olunmalı, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqları bərpa olunmalıdır. Ələlxüsus, azərbaycanlılar hansısa ərazi iddiaları səsləndirmir, Ermənistan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər. Hər bir insanın, vətənində təməl hüquqlarını tələb etməsi, təbiidir, normaldır. Düşünürəm ki, Ermənistan hakimiyyəti, boş-boş danışmaqdansa, konkret əmələ keçməlidir. Təcili referendum keçirməli, Azərbaycana, Türkuyəyə yönəlik ərazi iddialarını ehtiva edən konstitusiya maddələri çıxarılmalı, Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən yollarda, soydaşlarımızın maneəsiz keçidi təmin olunmalı, informasiya müharibəsinə son qoyulmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü