Bakıda "Rus evi"nin binası boşaldılıb - YENİLƏNİB
Bakıda "Rus evi"nin yerləşdiyi bina boşaldılıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, mərkəzin qapısı üzərindəki lövhə və həm rus, həm də Azərbaycan dilindəki yazılar sökülüb.
Həmçinin foyedəki məlumat xarakterli afişa və fotolar da yığışdırılıb.
*** 15:48
Bakıdakı "Rus evi"nin binası boşaldılır.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə TASS "Rus evi"nin nümayəndəsinə istinadən məlumat yayıb.
"Binanın lövhəsi artıq tam sökülüb (bir gün əvvəl yalnız rus dilində olan yazı götürülüb)", - o bildirib.
Binanın xaricindən görünür ki, təşkilatın əvvəllər tədbirlər keçirdiyi foye və zalın divarlarından şəkillər, plakatlar və afişalar, rəflərdəki suvenirlər götürülüb, səyyar sərgi yığışdırılıb. Bəzi əşyalar hələ də yerində qalır.
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 849 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir ölkədə "Novruz" milli bayram ELAN EDİLDİ
Novruz bayramı Suriyada milli bayram elan edilib. Bizim.Media xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əş-Şaraa fərman imzalayıb. Fərmana əsasən, Novruz (21 mart) bütün Suriya üzrə milli bayram elan edilir. Həmçinin yeni rəhbər ölkədə etnik mənsubiyyət və ya dilə görə ayrı-seçkiliyə qadağa qoyulmasın
17 yanvarSeysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib
"Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir". Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərd
18 yanvarPensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Deputat AÇIQLADI/VİDEO
Azərbaycanda 65 yaşını tamam etmiş 166,7 mindən artıq vətəndaş yaşa görə 220 manat müavinət alır. İlin əvvəlindən əmək pensiyalarına tətbiq edilən 9,2 faiz indeksasiya isə bu kateqoriyaya şamil olunmur. Yəni onların aldıqları müavinətlər artmayacaq. Maraqlıdır ki, ölkədə təqaüdçülər üçün müəyyən edilə
17 yanvar"Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil"
"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb". xəbər verir ki, bunu -a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib. Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi: "Xəstə idi, iki ildi
16 yanvarVətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayi
18 yanvarBinəqədi icra başçısı Elxan Allahverdiyev 8 aydır niyə nəzarət etməyib?-Video
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində böyük yaşıllıq ərazi 8 aydan çoxdur qurumaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. 8 ay öncə əraziyə keçirilən baxış zamanı ağaclarda xəstəlik səbəbindən çürümə olduğu məlum olub və müvafiq qurumlara (Binəqədi rayon İcra Hakimiyyəti və Bak
16 yanvar