Hansı qan qrupundan olan insanlar daha yavaş qocalır?

Hansı qan qrupundan olan insanlar daha yavaş qocalır?İnsanlar həmişə daha sağlam və uzun ömür sürməyin yollarını axtarıb. Lakin qan qruplarının qocalma prosesində rol oynaya biləcəyi çoxlarına məlum deyil.

Sonxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, yeni araşdırmaya görə, B qan qrupuna sahib insanların daha yavaş qocaldığı müəyyən edilib. Bu nəticə, qan qruplarının metabolizm və orqanizmin uzunömürlülüyü üzərindəki təsirini araşdıran alimlərin diqqətini çəkib.

B qan qrupuna sahib olmaq qocalmanı yavaşlada bilərmi?

Qan qrupları qırmızı qan hüceyrələrinin səthindəki spesifik antigenlər və antikorlar tərəfindən müəyyən edilir. ABO sistemində B qan qrupuna malik şəxslərdə B antigeni olur və A antigeninə qarşı antikorlar istehsal edilir. Dünya əhalisinin yalnız təxminən 10%-i bu qan qrupuna sahibdir.

Alimlər araşdırıb ki, bu genetik xüsusiyyət orqanizmin metabolik dəyişiklikləri daha səmərəli şəkildə idarə etməsinə kömək edərək qocalmanı ləngidə bilərmi?

Uzunömürlülük və qan qrupları arasındakı əlaqə

Elm adamları qan qrupları ilə ömür uzunluğu arasındakı əlaqəni uzun illərdir araşdırır. 2004-cü ildə Tokiodan Şimizu və komandası B qan qrupunun "uzunömürlülüklə əlaqəli ola biləcəyini" müəyyən edib.

Lakin tədqiqatçılar B qan qrupunun bütün hallarda üstünlük təşkil etmədiyini də vurğulayır. Bu şəxslərdə bəzi sağlamlıq problemlərinə daha həssaslıq müşahidə olunub.

Müsbət tərəflər:

* B qan qrupuna malik şəxslərdə metabolik sistem daha səmərəli işləyə bilər, bu da bədən hüceyrələrinin daha gec qocalmasına kömək edə bilər.

* Uzunömürlülüklə bağlı aparılan bəzi araşdırmalar B qan qrupunun daha güclü bərpa mexanizmlərinə sahib ola biləcəyini göstərir.

Mənfi tərəflər:

* Ürək-damar xəstəliklərinə meyillilik - Araşdırmalar göstərir ki, B qan qrupuna malik şəxslərin kardiovaskulyar problemlərlə qarşılaşma ehtimalı bir qədər yüksəkdir.

* Emosional həssaslıq - B qan qrupuna sahib bəzi şəxslərdə stresə qarşı həssaslıq və psixoloji dəstəyə daha çox ehtiyac duyma halları müşahidə olunur.

Qan analizləri ilə qocalmanı təxmin etmək mümkündürmü?

Son araşdırmalar göstərir ki, bədənin bütün orqanları eyni sürətlə qocalmır. Bəzi orqanlar daha tez zəifləyə bilər və bu, insanın xarici görünüşü sağlam görünsə belə, daxili xəstəlik riskini artıra bilər.

5 min nəfər üzərində aparılan böyük bir tədqiqatda, qan nümunələri analiz edilərək 11 orqanın bioloji yaşı hesablanıb. Nəticələr göstərib ki, əhalinin təxminən 20%-i ən az bir orqanında sürətlənmiş qocalma əlamətləri daşıyır.

Bəs bu necə müəyyən edilir?

Ənənəvi qocalma testləri - Ümumiyyətlə epigenetik dəyişikliklərə əsaslanaraq hüceyrə səviyyəsində qocalmanı təyin edir. Lakin bu testlər üçün bədəndən müxtəlif toxuma nümunələrinin götürülməsi lazımdır.

Qan əsaslı testlər - Daha əlçatandır və bədənin müxtəlif sistemləri ilə əlaqəli minlərlə proteinin səviyyəsini analiz edərək qocalma sürətini müəyyən edə bilər.

Yaşlanmanı yavaşlatmaq mümkündürmü?

Mütəxəssislər qeyd edir ki, B qan qrupuna malik insanlar üçün ürək sağlamlığına daha çox diqqət yetirmək və stres səviyyəsini nəzarətdə saxlamaq vacibdir.

Sağlam qocalma üçün əsas tövsiyələr:

* Balanlaşdırılmış qidalanma - Təbii qidalarla zəngin, antioksidant tərkibli pəhrizlər hüceyrə səviyyəsində yaşlanma prosesini ləngidə bilər.

* Mütəmadi fiziki aktivlik - Nizamlı idman qan dövranını sürətləndirərək ürək və beyin sağlamlığını qorumağa kömək edir.

* Stresin idarə olunması - Emosional həssaslığı yüksək olan B qan qrupuna sahib insanlar üçün meditasiya və sosial dəstək mühüm ola bilər.

* Müntəzəm tibbi müayinələr - Xüsusilə ürək-damar problemləri riski nəzərə alınaraq davamlı həkim nəzarəti tövsiyə edilir.

Nəticə

B qan qrupuna sahib insanların daha yavaş qocaldığı müəyyən edilib, lakin onların ürək-damar problemlərinə daha həssas olduğu da aşkar olunub.

* Qan testləri və süni intellekt əsaslı analizlər yaşlanma prosesini daha dəqiq təyin etməyə kömək edə bilər.

* Bütün hallarda, sağlam həyat tərzi yaşlanma sürətini azaldan əsas faktordur.

Gələcəkdə qan testlərinin daha geniş yayılması ilə insanlarda fərdi yaşlanma riski daha erkən müəyyən edilə bilər və bu məlumat sayəsində şəxsi sağlamlıq strategiyaları hazırlanaraq qocalma prosesi yavaşladılar bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2707   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr