"Paşinyanın "Armenpresdə" yer alan iddiaları həqiqətləri təhrif etməkdən başqa bir şey deyil" - DEPUTAT
Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpresdə" yer alan iddiaları reallıqları əks etdirmir və həqiqətləri təhrif etməklə, söz demək xətrinə danışmaqdan savayı bir şey deyil.
Artıq beş ildir ki, rəsmi İrəvan 10 noyabr üçtərəfli Bəyanatı əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, sülh danışıqları ilə bağlı imitasiya edir və vaxt qazanmağa hesablanmış gedişlərlə mövcud status-kvonu qoruyub saxlamağa çalışır.
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, rəsmi Bakı Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Əksinə, onlar müstəqillik bəyannaməsində qondarma "miatsum" ideyaları ilə Azərbaycan torpaqlarını ələ keçirmək niyyətlərini bəyan edirlər.
Belə olduğu təqdirdə Azərbaycanı növbəti hərbi əməliyyatlara hazırlaşmaqda ittiham etmək və beynəlxalq hüquq müstəvisində irəli sürdüyümüz Qərbi Azərbaycana qayıdış təşəbbüsünü fərqli kontekstdə canlandırmaq cəhdləri yolverilməzdir.
44 günlük müharibədən sonra revanşist meyllər fonunda silahlanma tendensiyasını artıran, Fransa, Hindistan, İran, ABŞ kimi dövlətlərdən müxtəlif vədlər qarşılığında hücum silahları əldə edən məhz Ermənistandır. Rəsmi İrəvan iki ölkənin şərti sərhəddində mühəndis istehkam işləri həyata keçirir və Aİ missiyası çətiri altında gərginliyi artırır. Onların bu addımları birmənalı olaraq regional sülhə və sabitliyə təhdiddir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1387 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabr