Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
"TexnikaBank" ASC-nin Müşahidə Şurasının sədri və sahibi olmuş Etibar Əliyev "Zamin Bank" ASC-dən götürdüyü krediti hələ də ödəməyib.
Sonxeber.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2012-ci ildə həbs edilən Etibar Əliyev krediti azadlığa çıxandan sonra götürüb.
Bu məsələdə ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yardım etdiyi bildirilir. İddialara görə, Eldar Mahmudovun tapşırığı ilə Mərkəzi Bankın o zamankı sədri Elman Rüstəmov mülkləri qarşılığında Etibar Əliyevə 34 milyon manat kredit ayrılması qərarı verir. Lakin qanunvericiliyə görə, Mərkəzi Bank kredit vəsaitini birbaşa ayıra bilmədiyi üçün proses "ZaminBank" ASC vasitəsilə həyata keçirilir. Sonradan Etibar Əliyev ödənişləri yubadır və 2016-cı ildə "ZaminBank" ASC də bağlandığı üçün vəsaiti qaytarmaqdan ümumiyyətlə imtina edir.
Nəticədə Etibar Əliyevin dövlətə ödəməli olduğu vəsait "ZaminBank" ASC-nin sahibi olmuş Nadir İsmayılovun üzərində qalır. Nadir İsmayılov hazırda həbsdədir və onun məhkumluq həyatı yaşamasının bir səbəbi də Etibar Əliyevin kredit borcudur. Artıq 12 ildən çox vaxt keçməsinə baxmayaraq, Etibar Əliyev hələ də borcu ödəmir. Baxmayaraq ki, bununla bağlı məhkəmə qərarları da var. Söhbət kredit müqabilində girov qoyulan mülklərdən gedir. Həmin mülklər satışa çıxarmaqla borcu ödəmək mümkündür. Maraqlıdır ki, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilməli olan bu proses illərdir yubadılır ki, bunun da səbəbi məlum deyil. "Qaynarinfo" yazıdakı iddialarla bağlı Etibar Əliyevin də mövqeyini öyrənməyə çalışıb. Lakin məlum olub ki, o ölkə xaricindədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1253 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr