"Bütün problemlər ikinci əl avtomobillərdən qaynaqlanır" - AÇIQLAMA
"Müşahidələrimizə əsasən, eyni zamanda rəsmi qurumlarında bildirdiyi kimi qəzaları daha çox köhnə avtomobillər törədir. Bir məsələni də qeyd etmək istəyirəm, bizə hər zaman qəza baş verdikdə bildirilir ki, sürücü idarəetməni itirdi və avtomobil qəza törətdi. Bəs, idarəetməni itirməyinə nə səbəb oldu? Bu qeyd olunmur. Amma hadisələr yaxınlarımızda baş verən zaman görür və bilirik ki, daha çox hallarda avtomobildə olan nasazlıqdan dolayı sürücü idarəetmən itirir".
Bunu Sonxeber.az-a AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, rəsmi dillerlər tərfindən ölkəmizə gələn avtomobillər, müəyyən təhlükəsizlik sınaqlarından keçir:
"Bildiyimiz kimi Koreyadan, Yaponiyadan ölkəyə ikinci əl avtomobillər də daxil olub. Bunlarda isə sükanın sağdan sola keçirilmə halları var. Bu proses zamanı isə bir çox detalların yeri dəyişir. Dəyişmə zamanı bu halları nəzərə almırlar. Bu səbəblərdən dolayı da ola bilər ki, sükan kilidlərin və idarəetmə itirilir, yaxud da, əyləc sistemində hər hansı problemlər olur, bu zaman da əyləc öz funksiyasını yerinə yetirə bilmir vəs. müxtəlif səbəblər olur. Bütün problemlər ikinci əl avtomobillərdən qaynaqlanır. Hazırda ölkəmizə Çinin daxili bazarı üçün nəzərdə tutulan xeyli sayda avtomobillər idxal olunub. Rəsmi dillerlər tərfindən ölkəmizə gələn avtomobillər, müəyyən təhlükəsizlik sınaqlarından, testlərdən keçir. Amma daxili bazar üçün olanlar isə sözügedən sınaqlardan keçirilmir. China -NCAP Çinin daxili bazarı üçün, Euro NCAP Avropa bazarı üçün nəzərdən keçirilən testlərdir. Hal-hazırda ölkəmizə qeyri-rəsmi idxalçılar vasitəsi ilə yetərincə avtomobillər gəlir. Bu avtomobillərin də təəssüflər olsun ki, 70-80%-i hal-hazırda taksi fəaliyyətindədir və bunun da nə qədər təhlükəli hal olduğunu bəlkə də çox adam başa düşmür".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1578 Tarix: 13 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr