Yatağınızı oyanandan dərhal sonra düzəltməyin - SƏBƏB

Yatağınızı oyanandan dərhal sonra düzəltməyin - SƏBƏBUşaqlıqdan bəri bir çox insana oyandıqdan sonra yataq otağını səliqəyə salmaq, xüsusən də çarpayını yığmaq vərdişi aşılanır. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu vərdiş sağlamlıq üçün təhlükə yarada bilər.

Lent.az-ın məlumatına görə, yatağın dərhal düzəldilməsi, bakteriya, göbələklər və toz gənələrinin çoxalması üçün əlverişli mühit yaradır.

Toz Gənələri Nədir və Necə Zərər Verir?

Dr. Kunal Sood izah edir ki, toz gənələri ölü dəri hüceyrələri ilə qidalanan və isti, nəmli şəraitə üstünlük verən mikroskopik araxnidlərdir. Gecə boyunca insan tər ifraz edir və nəfəs alarkən nəmlik buraxır. Əgər yataq səhər oyandıqdan dərhal sonra yığılırsa, bu nəm çarşaflarda qalaraq gənələrin çoxalması üçün ideal mühit yaradır.

Yataqda Toz Gənələrinin Əlamətləri:

1. Xroniki quru öskürək
2. Qaşınan dəri
3. Tez-tez asqırma
4. Burun tıkanıklığı və ya nəfəs almaqda çətinlik
5. Gözlərin qızartı və qıcıqlanması
6. Yuxu pozğunluğu və səhər yorğunluğu

Xüsusilə allergiya və astma xəstələri üçün toz gənələri ciddi problemlərə səbəb ola bilər, çünki onların nəcisləri və qalıqları tənəffüs yollarını qıcıqlandıra bilər.

Toz Gənələrinin Qarşısını Necə Almaq Olar?

1. Yatağınızı dərhal yığmayın – Oyandıqdan sonra 30-60 dəqiqə açıq saxlayın ki, nəmlik buxarlansın.
2. Pəncərələri açın – Günəş işığı və təmiz hava rütubəti azaldır və bəzi gənələri öldürür.
3. Yataq dəstlərini mütəmadi olaraq yuyun – Gənə və bakteriyaları öldürmək üçün ən azı 60°C temperaturda yuyun.
4. Yataq otağınızı tozdan təmiz saxlayın – Döşəkləri, xalçaları və yumşaq mebelləri tez-tez vakuumla təmizləyin.
5. Hipoalerjenik yataq örtükləri və yastıqlardan istifadə edin – Bu, gənələrin yayılmasına mane olur.
6. Rütubət səviyyəsini tənzimləyin – Otağı yaxşı havalandırın və rütubətin 50%-dən çox olmamasına nəzarət edin.

Toz Gənələrini Necə Aşkar Etmək Olar?

Toz gənələrinin ölçüsü cəmi 0,2-0,3 mm olduğu üçün onları çılpaq gözlə görmək mümkün deyil. Lakin onların çox olduğu yerlərdə toz kimi yığıntılar görünə bilər. Əsasən döşəklər, yastıqlar, yumşaq oyuncaqlar və tekstil mebelləri gənələrin yaşadığı yerlərdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1424   Tarix: 16 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr