"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AÇIQLAMA
Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.
Bu statistika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Bəs görəsən bunun səbəbi nədir?
Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verib:
"Kişilik artıq sosial mövzuların araşdırması olmaqdan çox uzaqlaşıb. İctimai müzakirələrdə toxunulmayan bir mövzu olaraq qalıb. Qısaca, kişilik qavramı həyatımızdan silinib desək daha doğru olar. Məsələn, gender tədqiqatları daha çox qadınlar üzərindən aparılır. Halbuki gender bərabərliyi hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir. Qadınlar zorakılıq görmədikləri zamanlarda belə cəmiyyətə qurban mövqeyində təqdim edilir. Kişilər zorakılıq göstərməsə belə stiqmaya məruz qalırlar. Ailədaxili zorakılıqdan danışanda hamı bunu kişinin etdiyini düşünür. Amma, bəzən əksi də olur. Son statistikada da gördük ki, zorakılığa məruz qalan kişilər də var. Özləri etiraf etməsələr də, bəzən kişilər də döyülür, söyülür, təhqir edilir. Amma onlar daha çox mənəvi, psixoloji zorakılığa məruz qalırlar. Kişilər bunu etiraf etməyi şəxsiyyət olaraq özlərinə yaraşdırmırlar. Amma bəzən də gizlətmək mümkün olmur.
Kişilərin zorakılıq görməsinin səbəbləri müxtəlifdir - maddi vəziyyətinin aşağı olması, psixoloji durumunun aşağı olması, həyatından narazılıq, iş yükünün çox, qazancının isə az olması və.s. Ümumiyyətlə, problem yaratmaq istəyən üçün fərqi yoxdur səbəb nədir. İnsan qarşı tərəfdə problem görmək istəyirsə, onu heç nədən yarada bilir. Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması çox heyrətamiz hadisə idi. Amma indi bu hal adiləşib. Düzdür, kişilər qadınlar qədər şiddətə məruz qalmır. Döyülmür, təcavüz edilmir, öldürülmür amma onlar da belə hallarla üzləşirlər. Zorakılığa məruz qalan da, onu tətbiq edən də qınanılmalıdır. Bunu cinslərə ayırmaq doğru deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1125 Tarix: 19 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabr