Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbFevralın 19-da Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.

Sonxeber.az xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndə iştirak edib.
15-ci Plenar sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova sessiya iştirakçılarını salamlayaraq, bu plenar sessiyada iştirak etdikləri üçün bütün parlamentlərin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu, əməkdaşlığımızı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.

Spiker diqqətə çatdırıb ki, tam bir il əvvəl, Azərbaycan Respublikasının Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürdü. Sədrliyimiz çərçivəsində birgə fəaliyyətimizin daha da gücləndirilməsi üçün APA-nın institusional potensialının inkişaf etdirilməsi, üzvlük sıralarımızın genişləndirilməsi, mövcud qurumların fəaliyyətinin canlandırılması və səmərəliliyinin artırılması kimi bir sıra prioritetlər irəli sürdük.
Milli Məclisin sədri bildirib ki, dünən keçirilən Assambleyanın İcraiyyə Şurasının iclasında iki müraciət - Oman Sultanlığının Şura Məclisinin Assambleyanın tamhüquqlu üzvlüyünə qəbul olunması ilə bağlı müraciəti və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının Asiya Parlament Assambleyasında müşahidəçi statusu alması üçün müraciəti nəzərdən keçirildi.

Sahibə Qafarova qeyd edib ki, İcraiyyə Şurası bu məsələlər üzrə plenar sessiyaya müvafiq tövsiyələr verib. O, plenar sessiyanın bu iki müraciətə müsbət cavab verəcəyinə, bu müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edəcəyinə və bununla da təşkilatın sıralarının genişlənəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova Asiya Parlament Assambleyasının sədri olaraq, hər iki parlamentin spikerinə – Şeyx Xalid bin Hilal Əl-Maavaliyə və Natalya Koçanovaya Assambleyanın işinə töhfə verməyə göstərdikləri səmimi istək və təşəbbüslərinə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, təşkilatımızın institusional potensialını daha da optimallaşdırmaq məqsədilə nizamnamə sənədlərinin yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsi istiqamətində müəyyən irəliləyişlərin baş verməsindən məmnunuq. Qeyd olunmalıdır ki, APA büdcəsinin formalaşdırılması ilə bağlı qərarın qəbul edilməsində konsensusa yaxınlaşırıq. Bu, Assambleyanın imkanlarını daha da gücləndirmək və artırmaq baxımından olduqca vacibdir.
Sahibə Qafarova qeyd edib ki, ötən ilin digər bir nailiyyəti APA Bürosunun iclaslarının aktivləşdirilməsi olub. Büronun fəaliyyətinin yenidən canlandırılması ilə bağlı təklifimiz layiqincə qarşılanıb. Beləliklə, Daimi Komitələrin hər bir iclası çərçivəsində Büro iclasları da keçirilir və bu, təşkilatın ehtiyaclarına operativ şəkildə cavab verməyə yönəlib.
Milli Məclisin sədri APA-nın Baş katibi Məhəmməd Rza Macidiyə və Katibliyə təşkilatın inkişafı və məqsədlərinin irəli aparılması istiqamətində göstərdikləri daimi səylərə görə minnətdarlığını bildirib.

Spiker diqqətə çatdırıb ki, bu gün keçirilən plenar iclasın mövzusu "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu"dur. Beynəlxalq siyasətdəki vəziyyəti və dünyada mövcud durumu nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt bu gün olduğu qədər vacib olmayıb.
Dünyamızın qarşılaşdığı humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiyanın və islamofobiyanın artması kimi problemlər və onlarla necə mübarizə aparmaq məsələsi qaçılmaz şəkildə müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini ön plana çıxarır. Təəssüf ki, bu gün dünya daha parçalanmış və daha az dinc hala gəlib. Və bir çoxları çoxtərəfli mexanizmlərin səmərəsizliyi barədə müzakirələr aparır.

Milli Məclisin sədri fürsətdən istifadə edərək, Azərbaycanın bu məsələyə dair baxışlarını qonaqlarla bölüşüb.
Spiker qeyd edib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan, təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub. Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, dünyanın hazırda həqiqətən ehtiyac duyduğu şey beynəlxalq öhdəliklərə tam hörmət olunmasıdır.
Həqiqətən də, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və seçici yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə müdaxilə bugünkü ziddiyyətlərin və gərginliklərin əsas mənbəyidir. Bəs bütün bunlara necə son qoymaq olar?

Aydın məsələdir ki, bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir. Elə bir sistem ki, burada bütün ölkələr qaydalara hörmət edir, bir-birini kollektiv və qanuni mexanizmlərlə məsuliyyətə cəlb edir, bir-birinə dəstək göstərir və bir dövlətin maraqlarını digərindən üstün tutan birtərəfli yanaşmaları rədd edir.

Azərbaycan hər zaman bu prinsiplərə uyğun olaraq effektiv və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olub. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan bu yanaşmanı aydın şəkildə nümayiş etdirib, Hərəkatın institusional inkişafı üzərində fəal işləməklə yanaşı, üzv dövlətlər arasında dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün qlobal ictimaiyyət tərəfindən yekdilliklə seçilməsi və COP29 çərçivəsində Azərbaycanın liderliyi altında mühüm qərarların qəbul edilməsi, körpülər qurmaq, müxtəlif maraqlı tərəfləri bir araya gətirmək və Qlobal Şimal ilə Qlobal Cənubu bəşəriyyət üçün ortaq təhlükə olan iqlim dəyişikliyi ilə mübarizə məsələsi ətrafında birləşdirmək bacarığı ölkəmizin çoxtərəfliliyə olan sarsılmaz sadiqliyinin zirvəsi olub.

Sahibə Qafarova qeyd edib ki, parlamentimizin çoxtərəfli əməkdaşlıqda fəal iştirakı, əslində, bu yanaşmanın davamıdır. Parlamentimiz Beynəlxalq Parlament İttifaqı ilə birlikdə COP29 çərçivəsində Parlament Toplantısı təşkil etmişdir ki, bu da çoxtərəfli iqlim tədbirlərinə parlament töhfəsi idi. Spiker bu görüşdə fəal iştiraklarına görə APA-nın üzv parlamentlərinə təşəkkürünü bildirib.

O, bununla yanaşı, Milli Məclisin müxtəlif parlament təşkilatlarının fəaliyyətində iştirak etdiyini və bu gün APA ilə yanaşı, daha 4 parlamentlərarası təşkilata – İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərlik etdiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, bu fəaliyyət, parlamentimizin çoxtərəfli parlament diplomatiyasına olan güclü inamını əks etdirir.
O, xüsusilə vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb ki, bu da ölkəmizin çoxtərəfliliyə verdiyi daha bir mühüm töhfədir.

Həqiqətən də, parlamentarizmin inkişafının indiki mərhələsinin əsas məqamlarından biri odur ki, parlamentlərin fəaliyyəti artıq milli sərhədlərlə məhdudlaşmır və regional və qlobal səviyyələrə qədər uzanır. Bu isə o anlayışı əks etdirir ki, biz – parlament üzvləri olaraq, xalqlarımızın nümayəndələri kimi, hamımızı narahat edən problemlərin həlli yolunda mühüm rol oynamalıyıq. Parlamentlərarası əməkdaşlıq platformaları, daha yaxşı bir dünya naminə birgə işləmək əzmkarlığımızın və qətiyyətimizin bariz nümunəsidir. Bu baxımdan, parlamentlərarası təşkilatlar konstruktiv dialoq, əməkdaşlıq və həmrəyliyin canlı təzahürüdür.

Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli institut rolunu oynayır. Asiya regionu qlobal problemlərin həllində getdikcə daha mühüm mövqeyə sahib olur. Və bizi öz bayrağı altında birləşdirən Asiya Parlament Assambleyası, səslərimizin eşidilməsinə şərait yaradır və ölkələrimizin ortaq məqsədlərə nail olması üçün göstərdiyi səylərə parlament töhfəsi verir.
Milli Məclisin sədri çıxışının sonunda birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib. Azərbaycan parlamentinin spikeri bugünkü plenar iclasın bizim ümumi öhdəliyimizin aydın sübutu olduğunu diqqətə çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib.
Baş katib sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinə və parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. O, ölkəmizin Asiya Parlament Assambleyasına sədrliyinin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin bu təşkilata sədrliyə ilə qarşıda duran məqsədlərə birgə səmərəli əməkdaşlıq nəticəsində nail ola biləcəyik.

Mohammad Reza Majidi Asiya Parlament Assambleyasının regionda sülhün, təhlükəsizliyin, etimadın gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Azərbaycanın üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğunu vurğulayıb. APA-nın 15-ci sessiyasında vacib məsələlərin müzakirə ediləcəyini söyləyib.

Baş katib Asiya Parlament Assambleyasına üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qurum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, təşkilatın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini deyib. O, həmçinin, regional münaqişələrin törətdiyi faciələrdən danışaraq, onların nizamlanmasının önəmini qeyd edib.

Mohammad Reza Majidi APA-nın Asiya regionunda ölkələrarası münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. Bu əlaqələrin gücləndirilməsində parlament diplomatiyasının xüsusi rolundan söhbət açıb. Müasir çağırışlar fonunda parlament diplomatiyasından istifadə edərək dayanıqlı inkişafa dəstək vermək, regional və qlobal əməkdaşlığı daha da dərinləşdirmək, sülhü və təhlükəsizliyi təmin etmək kimi məsələlərin vacibliyindən bəhs edib.

Sonra sessiyada Asiya Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri, sədr müavinləri və üzvləri, o cümlədən Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lungten Dorci, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Mohd Altayer, Fələstin Milli Şurasının sədr müavini Ali Faysal, İordaniya Milli Assambleyasının Nümayəndələr Palatası sədrinin müavini Əhməd Hamisat, Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi dövründə böyük uğurlar qazanacağına inam ifadə olunub. İştirakçılar bu gün APA-nın regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində mühüm rolundan söhbət açıblar. Qurumun regionda davamlı inkişafın, insan hüquqlarının, sülh və sabitliyin təşviqi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə önəm verdiyi bildirilib, bununla bağlı ümumi məqsədlərə çatmaq üçün həyata keçirilən tərəfdaşlığın vacibliyindən bəhs edilib.
Tədbir iştirakçıları müasir dünyada təhlükəsizliyin təmin olunmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdıraraq, bunun qarşılıqlı dialoq və konstruktiv əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Asiya Parlament Assambleyasına Azərbaycanın uğurlu sədrliyindən bəhs edən çıxışçılar qurumun öz fəaliyyətində sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rola malik olduğunu, regionda və dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsi ilə bağlı məsələlərin həllinə töhfə verdiyini söyləyiblər.

Bildirilib ki, qurum üzv ölkələr arasında qarşılıqlı etimadın və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmlə mübarizədə, kibercinayətkarlığın qarşısının alınmasında, informasiya təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı əməkdaşlıq, regional və ikitərəfli münasibətlərin gücləndirilməsi məsələlərinə böyük önəm verir. Habelə, müasir dünyada xalqların suveren hüquqlarının müdafiəsi, sosial ədalət və bərabərlik prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanıb. APA-nın bu gün qlobal çağırışlar, o cümlədən iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik dövründə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm platforma olduğu söylənilib. Eyni zamanda iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışların vacibliyindən bəhs edilərək, ötən il Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə keçirilmiş COP29 tədbirində əhəmiyyətli təşəbbüslərin verildiyi, mühüm qərarların qəbul edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, qeyd olunub ki, təşkilat üzv ölkələrin parlament strukturları arasında əməkdaşlığın gücləndirilməsini əhəmiyyətli hesab edir. 15-ci plenar sessiyanın müzakirəsinə çıxarılan mövzunun bu baxımdan aktuallığı və böyük önəm kəsb etdiyi, konstruktiv dialoq üçün yaxşı imkanlar yaratdığı qeyd olunub. Üzv ölkələr arasında qurum çərçivəsində, eyni zamanda, ikitərəfli qaydada münasibətlərin inkişafında parlament diplomatiyasının vacibliyi vurğulanıb. Qanunverici orqanlar arasında təcrübə mübadiləsindən, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb. Parlament diplomatiyasının qlobal səviyyədə bütün proseslərə təsir göstərmək imkanına malik olduğu söylənilib. Milli parlamentlərin gündəmdə olan regional və qlobal məsələlərlə bağlı vahid mövqe nümayiş etdirməsinin önəmindən danışılıb. Bildirilib ki, Asiya xalqları arasında bütün sahələrdə əməkdaşlığın gücləndirillməsi, ölkələrin davamlı inkişafının təşviq edilməsi, sülhün, sabitliyin təmin edilməsində parlamentlər bundan sonra da öz layiqli töhfəsini verəcək.

Çıxışlarda, həmçinin, qurumun digər beynəlxalq və regional təşkilatlarla əlaqələrinə toxunulub, üzv dövlətlərin beynəlxalq qurumlarda əməkdaşlığının əhəmiyyətindən söhbət açılıb. APA-nın Asiyada iqtisadi tərəqqiyə nail olmaq, sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində gələcəkdə də öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edilib.

Fasilədən sonra öz işini davam etdirən plenar sessiyada gündəlik qəbul edilib. APA-nın Bürosu seçilib.
Sessiyada Milli Məclisin APA-da nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev məruzə ilə çıxış edib.

Tədbirdə APA-nın Baş karibi Məhəmməd Reza Məcidi qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Sessiyada, həmçinin, Oman Sultanlığına tamhüquqlu üzv statusunun, Belarus Respublikasına müşahidəçi statusunun təqdim olunması ilə bağlı məsələlərə baxılıb.

Yığıncaqda "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusunda müzakirələr davam etdirilib.

Həmin gün, eyni zamanda, plenar sessiya çərçivəsində APA-nın Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma daimi komitələrinin iclasları da keçirilib, bu komitələrin profilinə uyğun məsələlərə dair qərar layihələri müzakirə olunub.

APA-nın 15-ci plenar sessiyası öz işini davam etdirəcək.
Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıbBakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1688   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr