Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…

Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Prezident İlham Əliyev cənabları ölkədə aparılan tikinti işlərinin normativ qaydalara uyğunlaşdırılması istiqamətində son illər bir çox sərəncam imzalayıb. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılan struktur və kadr islahatı da sözügedən sahənin müsbət dinamikanın artmasını təmin edib. Bakı şəhərinin baş planının növbəti 20 il üçün perspektiv inkişafını nəzərdə tutan Bakı 2040 layihəsinin qısa zamanda hazırlanması da şəhərsalma və arxitektura sahəsinin inkişafının bariz nümunəsi sayıla bilər. Lakin təəssüflər olsun ki, görülən müsbət işlərə rəğmən hələ də ölkəmizdə qanunsuz tikinti işləri aparılmaqdadır.
AzFakt.com xəbər verir ki, qanunsuz aparılan tikinti işlərindən biri də Abşeron rayonunda "AAAF Park" Yaşayış Kompleksinin girişində aparılıb.
Bu barədə mediada dəfələrlə məlumat dərc edilsə də aidiyyatı dövlət qurumları qanunun tələblərinə uyğun olaraq heç bir tədbir görmədilər.
Arxitektura Komitəsində "köhnə ənənələrə" sadiq qalan kimlərdir?
"AAAF Park" Yaşayış Kompleksinin girişində aparılan qanunsuz tikintiyə ilk öncə müdaxilə etməli olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəmmalı formada susdu. Dövlət Komitəsinin bu susqunluğunun istifadə edən işbazlar isə qanunsuz tikintilərini başa çatdırdılar.

Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi son illər ölkəmizdə aparılan tikinti işlərinin normativ qaydalara uyğunlaşdırılması, müasir, yaraşıqlı, ətraf mühitin coğrafi, ekoloji və sosioloji vəziyyəti ilə uzlaşan tikintilərin sayının artmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, xüsusən də Komitənin rəhbərliyinin ciddi səyləri nəticəsində nail olunub.
Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Anar Quliyev 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edildikdən sonra həm Bakı şəhərinin baş planının hazırlanması istiqamətində, həm də aparılacaq tikinti işlərinin vahid platformada sistemləşdirilməsi, tikintilərin hüquqi bazalarının formalaşdırılması və sadələşdirilməsi istiqamətində misilsiz işlər görülüb.

Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Sevindirici haldır ki, Komitədə aparılan təkmilləşdirmə prosesi bu gün də sürətlə davam etməkdədir.
Ancaq təəssüflər olsun ki, hər bir sahədə olduğu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də inkişak çarxına çomaq soxanlar var. Əllərində iş olan yerdə problem olar kimi bayağı, məqsədli sözləri bəhanə edən bu kimi məmurlar öz şəxsi mənafeləri naminə həm öz rəhbərliklərinin gördüyü işləri, çəkdikləri zəhməti yerə vurur, həm də dövlətin illərlə bu sahənin inkişafı, hüquqi bazasının dayanıqlı olmağı üçün yatırdığı külli-miqdarda maliyyənin hədər getməsinə səbəb olurlar.
Eynən "AAAF Park" Yaşayış Kompleksinin girişində əhalinin sıx yaşadığı, ətrafda gələcəkdə baş verə biləcək hansısa xoşagəlməz hadisə zamanı insanların evaukasiyasını ciddi təhlükə altına atan bir obyektin tikintisinə məqsədli formada göz yumuldu.

Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Uzun zaman diktlə yüksək hasara alınaraq əhalidən gizli aparılan, Tikinti Məcəlləsinə tamamilə zidd olan bu obyektin tikintisini aparan Vüqar Səidzadə adlı şəxsə heç kim dur deyə bilmədi.
"AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.
Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.
Təbii ki, bütün bunları Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bilməmiş deyillər.
"AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyekt sakinlərdən daha çox Dövlət Komitəsinin vicdanlı məmurlarını narahat etməlidir.
Çünki onlar bu obyektin tikintisinə göz yummaqla, şərait yaratmaqla özlərinin, Komitə sədri Anar Quliyevin və Prezident, Ali Baş komanda İlham Əliyev cənablarının ölkəmizdə tikinti sahəsində olan xaosun aradan qaldırılması istiqamətində gördükləri bütün işlərə ciddi xələl gətirdilər.
Əlbəttə, bu məsələdə – qanunsuzluğun aradan qaldırılması üçün qərar vermək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hansısa orta ranqlı səlahiyyətlisinin yox, birbaşa Komitə sədri anar Quliyevə aiddir.
Anar Quliyev dilemma qarşısında – Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam…Çünki onu bu yüksək vəzifəyə möhtərəm prezidentimiz etimad göstərərək təyin edib.
Anar Quliyev isə ümid edirik ki, indiyədək olduğu kimi, bundan sonra da etimadı doğruldacaq.
Və sakinlərin, ictimaiyyətin gözlədiyi qərarı – "AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyektin söküntüsü barədə qərarını verəcək!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1131   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr