Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Görüşdə tədbirin Bakının evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Söhbət zamanı bu səfərin Məhəmməd Baqer Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib. Bildirilib ki, Azərbaycan və İran xalqları ortaq tarixi, dini və mədəni dəyərləri bölüşür. Bu, ölkələrimiz arasındakı bugünkü münasibətlərin əsasını təşkil edir və münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı təməldir.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair baxışları ilə bağlı Prezident İlham Əliyevin fikirlərini xatırladaraq, deyib ki, bu prinsiplər dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət etmək, qarşılıqlı hörmət nümayiş etdirmək kimi prinsiplərdir. Spiker Sahibə Qafarovanın sözlərinə görə, dövlət başçımız Azərbaycanla qonşuları arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətə, qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Eyni regionda yerləşən, qonşu olan ölkələrin bir-birinə qarşılıqlı etimadı, əməkdaşlığı yalnız onların hər birinə fayda gətirər. Elə Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyəti də bunu təsdiq edir. Vurğulanıb ki, təxminən son bir ayda həyata keçirilmiş səfərlərə, görüşlərə, danışıqlara nəzər yetirsək, iki ölkə arasında əməkdaşlıq gündəliyinin çox zəngin olduğunu görərik. Bütün bu təmaslar, danışıqlar ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, APA-nın Milli Məclisin ev sahibliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının önəmini vurğulayaraq, müzakirəyə çıxarılan qərarların əhəmiyyətindən danışıb. Qonaq, ölkəsinin bütün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu siyasətdə Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.
Görüşdə dövlətlərarası münasibətlərin mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Söhbət zamanı, həmçinin bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir. Məhəmməd Baqer Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.

Görüşdə, həmçinin regiondakı nəqliyyat bağlantılarının, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 849   Tarix: 20 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr