Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası başa çatıb

Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası başa çatıbFevralın 20-də Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev tədbiri açaraq sessiya ərzində görülən işlərdən bəhs edib. O, 15-ci plenar sessiya çərçivəsində qurumun Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma, İqtisadiyyat və davamlı inkişaf, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarının keçirildiyini söyləyib. Qeyd edilib ki, komitələrin gündəliklərinə daxil edilən məsələlər, o cümlədən müvafiq qətnamə layihələri, yekun hesabatlar nəzərdən keçirilib.

Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının İcraedici Şurasında baxılan məsələlər barədə məlumat verib. O, bildirib ki, 2025-ci il üçün Rusiya Federasiyasının namizədliyi APA-nın vitse-prezidenti və Sosial və mədəni məsələlər üzrə daimi komitənin sədri, Qətər Dövlətinin namizədliyi APA-nın vitse-prezidenti və Büdcə və planlaşdırma üzrə daimi komitənin sədri, Bəhreyn Krallığının namizədliyi APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri, İran İslam Respublikasının namizədliyi APA-nın vitse-prezident və Siyasi məsələlər üzrə daimi komitənin sədri kimi təqdim edilib. Tədbir iştirakçıları irəli sürülən namizədlikləri dəstəkləyiblər.

Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edərək, Azərbaycan Respublikasına APA-ya sədrlik etdiyi dövrdə yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü ifadə edib.

Növbəti məsələyə dair məlumatında Rizvan Nəbiyev bildirib ki, əldə edilmiş razılığa əsasən, Bəhreyn Krallığı 2026-cı il üçün, İran İslam Respublikası isə 2027-2028-ci illərdə APA-nın sədrliyini öz üzərinə götürür. Bununla yanaşı, İran İslam Respublikası 2026-cı ildə APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri vəzifələrini icra edəcək. Bu məsələlərlə bağlı qərar da təsdiq edilib.

Tədbirdə Bəhreyn Krallığının və İran İslam Respublikasının nümayəndələri çıxış edərək, bu ölkələrin namizədliklərinə verilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər, APA-nın Asiya dövlətlərini birləşdirən qurum kimi regionda davamlı inkişafa, əməkdaşlığın möhkəmlənməsinə, sülhə, sabitliyə verdiyi töhfələrin əhəmiyyətini qeyd ediblər, Azərbaycanın sədrliyi dövründə APA-nın fəaliyyətində əldə edilən nailiyyətləri təqdir ediblər.

Sonra APA-nın Nizamnaməsinə və Reqlamentinə qurumun İcraedici Şurasının tövsiyə etdiyi dəyişikliklər nəzərdən keçirilib və təsdiq olunub.

Yekunda Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyasının uğurla keçdiyini, vacib qərarların qəbul edildiyini və bunun qurumun prinsiplərinə uyğun olduğunu söyləyib. O, Bakıdakı tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinə göstərdikləri fəallığa görə təşəkkür edib. Baş katib, həmçinin, parlamentlərdə təmsil olunan gənc nəslin nümayəndələrinin fəaliyyətini, onların ümumi işə verdiyi töhfələri yüksək dəyərləndirib.

Mohammad Reza Majidi Milli Məclisin spikeri Sahibə Qafarovaya APA-nın 15-ci plenar sessiyasının yüksək səviyyədə təşkilinə və səmərəli müzakirələrə görə bir daha öz minnətdarlığını bildirib.
Sonra Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsinin və müxtəlif mövzularda 29 qətnamənin qəbul edildiyini diqqətə çatdırıb. O, nümayəndə heyətlərinə APA-nın plenar sessiyasının və daimi komitələrinin işində aktiv fəaliyyətlərinə görə təşəkkür edib. APA-nın bundan sonra da əməkdaşlığın gücləndirilməsi və birgə məqsədlər naminə mühüm platforma rolunu oynayacağı ilə bağlı əminlik ifadə olunub.
Asiya Parlament Assambleyasının Azərbaycanın evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyası bağlı elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 837   Tarix: 20 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021