Çox pula qənaət edəcəksiniz: ən az yanacaq işlədən 10 maşın - SİYAHI
Krossoverlər dünyanın bir çox ölkələrində minik avtomobillərinin ən populyar növlərindən biri olaraq qalır. Sürücülər bu cür avtomobilləri praktikliyi və universallığı üçün qiymətləndirirlər. Bununla belə, bu modellər tez-tez kiçik avtomobillərdən daha yaxşı yanacaq qənaətinə malikdir.
"What Car"ın britaniyalı ekspertləri ən qənaətcil müasir krossoverləri müəyyənləşdirib. Bu modellərdə çox az yanacaq sərfiyyatı var ki, bu da sürücüləri xoş mənada təəccübləndirəcək.
Ekspertlərin sözlərinə görə, istehsalçıların yanacaq sərfiyyatı ölçmələrində göstərilən rəqəmlər çox vaxt real göstəricilərə uyğun gəlmir. Buna görə onlar öz testlərini edirlər.
Ekspertlər avtomobillərin yanacaq sərfiyyatını laboratoriya şəraitində yoxladıqlarını paylaşıblar. Bu testlər şəhər və kənd yollarını, eləcə də magistral yolları əhatə edən real sürücülük marşrutunu təqlid edir.
Testdən əvvəl hər bir avtomobil çəkilir və təkərlər istehsalçının tövsiyə etdiyi səviyyəyə qədər şişirilir. Bundan əlavə, iqlim nəzarəti 21 dərəcə Selsi və ya orta kondisioner şkalasına təyin edilb. Bütün digər elektrik avadanlıqları söndürülür.
Ən az yanacaq sərf edən 10 avtomobil:
1. Toyota Yaris Cross 1.5 Hybrid - 100 kilometrə 4,7 litr.
2. Suzuki Ignis 1.2 Dualjet Hybrid - 100 kilometrə 4,8 litr.
3. Renault Kadjar 1.5 dCi 110 - 100 kilometrə 5,1 litr.
4. Nissan Qashqai 1.5 dCi 110 - 100 kilometrə 5,5 litr.
5. Kia Sportage 1.7 CRDi - 100 kilometrə 5,5 litr.
6. Volkswagen Taigo 1.0 TSI 95 - 100 kilometrə 5,6 litr.
7. Seat Ateca 1.6 TDI 115 - 100 kilometrə 5,6 litr.
8. Kia Niro 1.6 Hybrid - 100 kilometrə 5,6 litr.
9. Toyota RAV4 2.5 Hybrid - 100 kilometrə 5,8 litr.
10. Mazda CX-5 2.2d 150 - 100 kilometrə 5,9 litr.
Hibrid krossover Toyota Yaris Cross 1.5 Hybrid ən qənaətcil müasir krossover olub. Ekspertlər vurğulayıblar ki, model hətta istehsalçının bəyan etdiyi yanacaq sərfiyyatı göstəricilərini də keçə bilib./lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2054 Tarix: 23 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr