"Xocalı soyqırımı Azərbaycan tarixində dərin izlər buraxan və insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

"Xocalı soyqırımı Azərbaycan tarixində dərin izlər buraxan və insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT"İkinci Qarabağ müharibəsində əldə edilən zəfər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad edilmiş ərazilərində böyük bərpa-quruculuq işlərinin başlanmasına zəmin yaratdı. Bu müharibə, həm də bir milli həmrəylik və qürur anı oldu. Azad edilmiş torpaqlarda infrastrukturun yenidən qurulması, şəhərlərin və kəndlərin bərpası, həmçinin sosial və iqtisadi həyatın canlandırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Soydaşlarımızın doğma yurdlarına mərhələli şəkildə qayıtması, həm mənəvi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır. Bu proses, həmçinin regionda uzunmüddətli sabitlik və inkişaf üçün əsaslı zəmin yaradır".

Bunu Sonxeber.az-a danışa deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Xocalı azad edildikdən sonra həmin bölgənin bərpası infrastrukturların yenidən qurulması, həm də keçmiş məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi məsələsi diqqət mərkəzindədir:

"Bu, yalnız Xocalının bərpası deyil, həm də Qarabağ regionunun ümumi inkişafına və azad edilmiş ərazilərdə yeni həyatın bərqərar olunmasına yönəlmiş uzunmüddətli bir yanaşmadır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, bu prosesin əhəmiyyətli bir hissəsidir. Soydaşlarımızın doğma yurdlarına qayıdışı, həm də Azərbaycanın güclənən müstəqilliyinin və ərazi bütövlüyünün simvoludur. Ali Baş Komandan İlham Əliyevin liderliyindəki siyasət, həmçinin xalqımızın birliyini və qətiyyətini dünyaya nümayiş etdirərək, bu torpaqlarda əbədi qalmağımızı təmin edir. Bu, həm də xalqın öz köklərinə bağlılığını və gələcəyə olan inamını gücləndirən bir addımdır".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Arzu Əliyevanın 28 May - Müstəqillik Günündə işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfəri, Azərbaycanın tarixi və əhəmiyyətli bir anını simvolizə edir:

"Dövlət başçısı, Xocalı şəhərinə qayıdan sakinlərlə görüşündə, bu qayıdışın Müstəqillik Günündə olmasının əhəmiyyətini xüsusi vurğulamışdır. "Bu qayıdış, Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı deyil, eyni zamanda xalqımızın tarixi ədaləti bərpa etmək və ərazilərini azad etmək uğrunda apardığı mübarizənin bir göstəricisi olaraq önəmlidir." Xocalı və Ağdam kimi ərazilərin geri qayıtması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin və xalqın sarsılmaz iradəsidir. Heç də təsadüfü deyil ki, bir neçə gün öncə Prezident İlham Əliyev Xocalının anım günü ərəfəsində Xocalı rayon Ballıca kəndində sakinlərlə görüşərək onların həyat şəraiti ilə yaxından tanış oldu. Prezident İlham Əliyev bir evdə çay süfrəsi zamanı xüsusi vurğuladı ki, Xocalı işğaldan azad olunandan sonra mən evdə buranın balından istifadə edirəm. Prezident İlham Əliyev Qarabağ bölgəsinə etdiyi səfərlərində, xüsusilə Xocalıya xüsusi önəm verir. Xocalı, 1992-ci ildə erməni işğalı nəticəsində ağır bir faciə yaşadı və həmin faciə, həmçinin Azərbaycanın tarixində dərin izlər buraxdı. 

Dövlət tərəfindən Xocalı faciəsinin heç vaxt unudulmaması və tanıdılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bir sıra beynəlxalq təşkilatlara, dövlətlərə bu faciənin beynəlxalq səviyyədə tanınması ilə bağlı müraciətlər edilmiş, Xocalı soyqırımının dünya miqyasında tanınması üçün müxtəlif diplomatik təşəbbüslər və kampaniyalar aparılmışdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 736   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr