Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciələrindən biri

Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciələrindən biri1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gərginlik getdikcə artmağa başladı. O dövrdə regionun yeganə hava limanı strateji əhəmiyyətə malik Xocalı şəhərində yerləşir və bölgənin əsas nəqliyyat yollarının qovşağı idi. Bu səbəbdən Xocalının ələ keçirilməsi Ermənistan silahlı birləşmələrinin hərbi məqsədləri üçün böyük əhəmiyyət kəsb edirdi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının zirehli texnikası və canlı qüvvəsinin dəstəyi ilə Xocalıya hücum etmişdir. Hücum zamanı ağır silahlardan istifadə olunmuş, şəhər hər tərəfdən mühasirəyə alınmışdır. Xilas ümidi ilə şəhəri tərk edən sakinlər pusquya salınıb, amansızcasına qətlə yetirilmişdir.

Xocalı şəhərində baş vermiş soyqırımı müharibə cinayətləri tarixində ən dəhşətli faciələrdən biridir. Ermənilərin dinc əhaliyə qarşı törətdiyi bu amansız qətliam yalnız bir millətə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət idi. Bu soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 487 nəfər ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi naməlum qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.

Faciənin daha bir dəhşətli tərəfi odur ki, dinc əhali, xüsusilə qadınlar və uşaqlar işgəncələrə məruz qalmış, sağ ələ keçənlər isə əsir götürülərək insanlığa yaraşmayan davranışlarla üzləşiblər. Hücum təkcə insan qırğını ilə məhdudlaşmayıb, Xocalı şəhəri tamamilə dağıdılıb, sosial və mədəni obyektlər, eləcə də 3200 fərdi yaşayış evi yerlə-yeksan edilib. 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana və üç mədəniyyət evi dağıdılıb. Tarixi abidələr, türbələr və qəbiristanlıqlar qəsdən məhv edilib. Bu dağıntılar yalnız maddi deyil, həm də mənəvi irsin silinməsi cəhdi kimi dəyərləndirilir. Xocalı türbələri və qədim qəbiristanlıqların vandallar tərəfindən dağıdılması beynəlxalq hüququn qoruduğu mədəni irsə qarşı cinayətdir.

Soyqırımı anlayışı BMT-nin 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyasında öz əksini tapıb. Bu sənəddə milli, etnik, irqi və dini qrupların məhv edilməsi məqsədilə həyata keçirilən əməllər soyqırımı kimi qiymətləndirilir. Məhz Xocalıda baş verən hadisələr bu tələblərin hamısını özündə birləşdirir. Hücum planlı şəkildə həyata keçirilmiş, məqsəd şəhəri və onun sakinlərini məhv etmək olub.
Xocalı soyqırımı bir çox dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu günə qədər Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan ölkələr arasında Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Peru və daha bir çox dövlətlər var. ABŞ-ın 20-dən çox ştatı, o cümlədən Texas, Nyu-Cersi, Massaçusets Xocalı faciəsini rəsmi olaraq tanıyıb.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına start verilib. Bu kampaniyanın əsas məqsədi Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artırılması, soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlarda hüquqi tanınmanın təmin edilməsi, həmçinin Xocalı qurbanlarının xatirəsinin yaşadılmasıdır. Kampaniya çərçivəsində dünyanın müxtəlif şəhərlərində yürüşlər, sərgilər və konfranslar təşkil olunur. Sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə geniş təbliğat aparılır. Bir çox beynəlxalq media qurumları faciə haqqında məlumatlar yayımlayır.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb.

2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində regionda yeni reallıqlar yaranmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etmişdir. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhər separatçılardan təmizlənmişdir. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı tərəfindən Xocalıda Azərbaycan Bayrağının ucaldılması Xocalı qurbanlarının ruhuna ehtiramın bariz nümunəsi olmaqla, eyni zamanda, ədalətin bərpa edilməsi və azadlıq mübarizəsinin uğurlu nəticəsidir.

Xocalı faciəsinin ildönümlərində minlərlə insan "Ana harayı" abidəsini ziyarət edərək şəhidlərin xatirəsini anır. Bu anım mərasimləri təkcə faciənin xatırlanması deyil, həm də sülhə, ədalətə çağırışdır. Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşü faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün atılmış mühüm addımlardan biri oldu. Yürüşdə dövlət rəsmiləri və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, müxtəlif siyasi partiyaların nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edərək birliyin, həmrəyliyin nümunəsini nümayiş etdirdilər.

Belə faciələr bir daha göstərir ki, müharibələrdə ən çox zərər çəkən dinc əhali olur. Buna görə də ədalət uğrunda mübarizə davamlı olaraq aparılmalı, belə hadisələr heç vaxt unudulmamalıdır. Beynəlxalq ictimaiyyət bu cinayətə hüquqi və siyasi qiymət verməli, gələcəkdə bənzər hadisələrin baş verməməsi üçün birgə səylər göstərməlidir. Biz Xocalı soyqırımını dərin hüznlə xatırlayır, qurbanların ruhuna ehtiram göstərir və gələcək nəsillərə belə faciələrin təkrarlanmaması üçün sülh və ədalət çağırışını çatdırırıq.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlə

16 yanvar
.

"Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar" - Video

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, yanğın zamanı yoldaşı və nəvəsi son anda xilas edilən bina sakini hadisə anını təsvir edib. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qəhrəmanlığından fəxrlə danışıb. "5-c

15 yanvar
.

"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus "Dağlılar Balıq" ictimai iaşə müəssisəsində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki

16 yanvar
.

Binəqədi icra başçısı Elxan Allahverdiyev 8 aydır niyə nəzarət etməyib?-Video

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində böyük yaşıllıq ərazi 8 aydan çoxdur qurumaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. 8 ay öncə əraziyə keçirilən baxış zamanı ağaclarda xəstəlik səbəbindən çürümə olduğu məlum olub və müvafiq qurumlara (Binəqədi rayon İcra Hakimiyyəti və Bak

16 yanvar
.

Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb. xəbər verir ki, komitə sədri, il

16 yanvar
.

Məktəblərdə üç fənn BİRLƏŞİR

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməs

17 yanvar
.

Yol polisi qarla bağlı XƏBƏRDARLIQ ETDİ

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanvarın 17-dən 22-dək Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarədən -a verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmaq tələb edilib. "Başa çatmaqda ola

17 yanvar
.

"Moody's": Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır

"Moody's Ratings" Azərbaycan və Ermənistan arasında 2025-ci ilin avqustunda əldə olunan sülh çərçivəsi razılaşmasının regionda geosiyasi risklərin azalmasına səbəb olduğunu açıqlayıb. -ın məlumatına görə, agentliyin hesabatında bildirilir ki, razılaşmadan sonra diplomatik təmaslar artı

17 yanvar
.

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu - RƏSMİ

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə -a AYNA-dan məlumat verilib. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək

17 yanvar