"Xocalıya hər qayıdış soyqırım qurbanlarının xatirəsinə ehtiramın daha bir nümayişidir" - DEPUTAT

"Xocalıya hər qayıdış soyqırım qurbanlarının xatirəsinə ehtiramın daha bir nümayişidir" - DEPUTAT"Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Regionda geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfərləri çərçivəsində gördüyümüz mənzərələr bərpa-quruculuq işlərinin uğurla davam etdiyinin əyani sübutudur".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda şəhərləri, kəndləri yenidən qurur:

"Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimiz bərpa edilir, yaşayış məskənləri, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hər şey yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub".

Qeyd edək ki, fevral ayının 19-də cənab Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva Xocalı rayonuna səfər çərçivəsində Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb. Cənab Prezident Ballıca kəndinin sakinləri ilə görüşdə Xocalını azad etməyin hər zaman gündəlikdə duran məsələ olduğunu qeyd edib. Xocalı soyqırımın ildönümü ərəfəsində Ballıca kəndinin sakinlərinin öz ata-baba yurdlarına qayıdışının təmin olunması əlbəttə, təsadüf deyil. Bu tarixi ədalətin növbəti təntənəsidir".

Deputat vurğulayıb ki, Xocalıya hər qayıdış soyqırım qurbanlarının xatirəsinə ehtiramın daha bir nümayişidir:

"Bundan başqa işğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin bərpasına da dövlət tərəfindən xüsusi diqqət ayrılır. Bu işdə Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Beləki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan Əsgəran qala kompleksinin bərpası da xüsusi önəm daşıyır. Həmçinin, onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Ağdam şəhərində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə sərəncam imzalaması Azərbaycan tarixinə hörmət və ehtiramın daha bir nümunəsidir. Xüsusi vurğulamalıyıq ki, Qarabağ işğaldan azad olunandan sonra xarici mütəxəssislərin iştirakı ilə bu ərazilərdəki digər tarixi-mədəni və dini abidələrlə yanaşı, "İmarət"də də restavrasiya və arxeoloji tədqiqat işlərinə start verilmişdi. Vəhşi erməni vandalizminə məruz qalmış kompleksə, o cümlədən Pənahəli xanın imarətinə, İbrahimxəlil xanın türbəsinə və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinə də ikinci həyat bəxş edilməyə başlamışdı. Ötən il sentyabrın 19-da isə dövlətimizin başçısı XVIII əsrə aid olan bu tarixi kompleksin bərpadan sonra açılışında iştirak edib. İndi isə 20 fevral 2025-ci il tarixli sərəncamla burada "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılmasına qərar verilib.

Həyata keçirilən bütün bu bərpa-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünü dünyaya nümayiş etdirir. Hazırda dünyanın bir çox yerində müharibə və münaqişələr şiddətlə davam edir. Bir çox şəhərlər, kəndlər, yaşayış məskənləri viran qalır, insanlar yaşadıqları yerləri tərk etməli olurlar. Dünyada baş verən bütün bu faciələrin əksinə olaraq, Azərbaycan otuz illik həsrətə son qoyaraq, torpaqlarının bərpasını sürətlə həyata keçirir, keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qovuşdurur. Bu istiqamətdə Azərbaycanın qazandığı təcrübə bütün dünyaya örnək təşkil edir. Azərbaycan həyata keçirdiyi bərpa-quruculuq işləri ilə dünyada nümunəvi ölkələrdən biridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 863   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu

26 mart
.

Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər

Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb. Laki

23 mart
.

Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr

Mətbəxin imtinaedilməz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və yumşalır. Xüsusilə torbayla alınan kartofları aylarla ilk günkü kimi təzə saxlamağın yolu tapılıb. xəbər verir ki, kartof torbasının və ya saxlanma qabının içinə bir ədəd təzə alma qoymaq ən qeyri-adi, laki

25 mart
.

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v

26 mart
.

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində

22 mart
.

Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi

Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" Qanun

26 mart
.

Ölən şəxsin pensiyası ilə bağlı təklif

"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı

22 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Bu gün Beynəlxalq Teatr Günüdür

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - il

27 mart