"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gəlir" - Günay Ağamalı
"Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasındakı çıxışı, bir daha Ermənistan hökumətinin bölgədə sülh və ədalətə maraqlı olmadığını göstərdi. O, Azərbaycanda məhkəməsi davam edən müharibə cinayətkarlarını müdafiə edərək, insan hüquqları anlayışına zidd fikirlər səsləndirməklə hüquqi prinsiplərə həmçinin, regionda sülh cəhdlərinə ciddi maneə yaradır".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onun sülhə deyil, yeni qarşıdurmalara hazırlaşdığının göstəricisidir:
"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gələrək, Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldıraraq siyasi riyakarlıq nümunəsi sərgiləməkdən əl çəkmir. İnsan hüquqları anlayışı Ermənistan hökuməti üçün önəmlidirsə o zaman ilk növbədə öz dədə-baba torpaqlarından deportasiya etdiyi yüz minlərlə azərbaycanlının geri qayıdışına şərait yaratmalıdır.
1991-ci il Almatı Bəyannaməsinə tez-tez istinad edən Ermənistan, həmin sənədi imzaladıqdan sonra Azərbaycana qarşı işğalçı siyasətini genişləndirib, 20 faiz torpaqlarımızı zəbt edib və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Rəsmi İrəvan dərk etməlidir ki, sülh anlayışı təkcə bəyanatlarda deyil, real addımlarla əldə olunur.
Ermənistanın regionda sürətlə silahlanması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onun sülhə deyil, yeni qarşıdurmalara hazırlaşdığının göstəricisidir. Ermənistan hökumətindən tələbimiz odur ki, qeyri-konstruktiv siyasətindən üz döndərərək, öz əzəli yurdlarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına imkan yaratsın.
Davamlı sülh ədalət və hüquqların təmin edilməsi yolu ilə mümkündür. Ermənistan hökuməti bu çağırışlara cavab verməli, beynəlxalq hüquq qarşısında öhdəliklərini yerinə yetirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?