"Azərbaycanda Səhiyyə Nazirliyi qəflət yuxusuna gedib" - Spirtdən zəhərlənib ölənlər barədə SENSASİON AÇIQLAMA

"Azərbaycanda Səhiyyə Nazirliyi qəflət yuxusuna gedib" - Spirtdən zəhərlənib ölənlər barədə SENSASİON AÇIQLAMA22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Belə ki, vətəndaşların zəhərlənərək öldüyü spirt "Starlyuks" əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir.

Lakin, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

Bu zaman ortaya bir sual çıxır. Niyə apteklər lisenziyası olmayan məhsulu vətəndaşlara satır? Yoxsa, Səhiyyə Nazirliyi apteklərə kifayət qədər nəzarət edə bilmir?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a danışıb:

"Elə bir ölkə yoxdur ki, apteklər Azərbaycandakı qədər özbaşına olsun. Bizdə apteklər demək olar ki, nəzarət mexanizmindən çoxdan çıxıblar. Hansı ki, Səhiyyə Nazirliyi və onun tərkibindəki Analitik Ekspertiza Mərkəzi apteklərə birbaşa nəzarət edir. Görünən isə budur ki, onların nəzarəti o qədər zəifləyib ki, vəziyyət bu həddə çatıb. Spirtdən insanlar zəhərlənib ölür. Bu, çox gülünc və utancverici hadisədir. Məsələnin bu tərəfini düşünmək Səhiyyə Nazirliyinin üstünə düşür. Nə üçün spirtdən insanlar zəhərlənir? Həmin spirt hansı nəzarətdən çıxıb satışa buraxılıb? Bütün bu suallar o qurumlara verilməlidir.

İqtisadiyyat Nazirliyinin şöbələrindən biri bu məsələlərə, xüsusilə də, apteklərimizdəki qiymət məsələlərinə nəzarət edir. Bizim 15 gün əvvəl aldığımız dərmanın qiyməti bu gün 2 manat 50 qəpik artıb. Yüzlərlə insan bunun kimi hadisələrlə hər gün qarşılaşır. Qiymət artımına nəzarət qətiyyən yoxdur. Dərmanların keyfiyyətinə isə ümumiyyətlə heç kəs cavab verə bilmir. Bunun səbəbi apteklərin nəzarətsiz buraxılmasıdır. Mən düşünrəm ki, ölkəmizdə apteklərin fəaliyyəti ilə bağlı ciddi bir qanun qəbul olunmalıdır. Səhiyyə Nazirliyi və onun tərkibindəki Analitik Ekspertiza Mərkəzi bu problemləri həll edə bilmirsə, səlahiyyət onların əlindən alınmalıdır. Məsələni həll edəcək yeni bir qurum yaradılmalıdır. Burda söhbət vətəndaşın sağlamlığından, taleyindən gedir. Səhiyyə Nazirliyinə kim bu haqqı verir ki, onun tabeliyində olan qurum ən adi problemi həll edə bilmir və vətəndaş spirtdən zəhərlənib ölür. Kim bilir, o spirtin tərkibində nələr olub. Bunların hamısı sorğulanmalıdır. Həmin spirti satan aptekin rəhbərliyi də, o spirti satan firma da cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu işdə günahı olan hər kəs cəzalandırılmalıdır.

Düşünürəm ki, bizim Səhiyyə Nazirliyimiz qəflət yuxusuna gedib. Artıq oyanmaq vaxtıdır. Problemləri saymaqla bitirmək olmur. Təhsili olmayan həkimlərə saxta sertifikatlar, icazələr verilməsi, apteklərdəki özbaşınalıqlar… Əgər axtarsaq daha nələr, nələr öyrənərik. Biz sadəcə mətbuata yansıyan problemləri bilirik. Bilmədiyimiz çox şey var.

Çox ciddi tədbirlər görülməlidir. Dövlət bu işə nəzarət etməlidir. Əgər Səhiyyə Nazirliyi öz işinin öhdəsindən gələ bilmirsə, yeni bir qurum yaradılmalıdır. Bəlkə onda bu məsələlər də həllini tapar. Vətəndaşın taleyi ilə bu qədər oynamaq olmaz. Apteklərdəki özbaşınalıq, qiymət artımları aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinə nəzarət edilməlidir. Milli Məclisdə əyləşən deputatlar bu problemləri müzakirə etməlidirlər. Onlar hər biri xalqın seçdiyi şəxslərdir. Buna görə də xalqın şikayətini ictimailəşdirməlidirlər. Problemin həllinə çalışmalıdırlar"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2537   Tarix: 25 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr