"İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir" - MƏQALƏ

"İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir" - MƏQALƏBeynəlxalq münasibətlər sistemində sözü imzası qədər dəyərli olan Azərbaycan Respublikasının müstəqilliyinin ilk illəri ötrən əsrin ağır 90-cı illərinin əvvəllərinə təsadüf edib. Müstəqillik illərində Azərbaycana tamamilə təmənnasız, yəni heç bir siyasi, iqtisadi və ya geosiyasi maraq gözləmədən dəstək verən ölkələrin sayı çox deyildir. Bəzi ölkələr var ki, onların dəstəyi daha çox qardaşlıq, dini və tarixi bağlılığa əsaslanıb və qarşılığında ciddi təmənna güdməyib. Pakistan məhz o dövlətlərdən idi ki, hər zaman Azərbaycanla sıx əlaqədə və əməkdaşlıqda maraqlı olub və bütün vəcdlə bu istəyini həyata keçirib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan və Pakistan arasındakı mövcud olan sarsılmaz dostluq və tarixi qardaşlıq münasibətləri qarşılıqlı hörmət və ehtimad prinsipləri əsasında daha da möhkəmlənib.
Azərbaycan və Pakistan arasında bu qarşılıqlı əlaqələr Müstəqil Azərbaycan Respublikasının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev dövründən başlamışdır. Heydər Əliyev hər zaman Pakistanla dostluq əlaqələrinin inkişafına böyük önəm verirdi. Onun rəhbərliyi dövründə iki ölkə arasında diplomatik əlaqələr gücləndirildi və qarşılıqlı səfərlər təşkil olundu. Ulu Öndər Pakistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsini yüksək qiymətləndirir və iki ölkə arasında dostluğun möhkəmlənməsinə böyük töhfə verirdi.
Bu gün Azərbaycan və Pakistan arasındakı siyasi, iqtisadi və humanitar əməkdaşlıq yüksək səviyyədədir. Xalqlar arasında əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin dövlət başçıları, nazirləri və digər rəsmi nümayəndələri arasında mütəmadi səfərlər və görüşlər keçirilir. Beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatında qarşılıqlı dəstək davam etdirilir. Azərbaycanın Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşulması digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb.
Müsafiə və hərbi sahədə əməkdaşlıq Azərbaycan və Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. İki ölkə arasında müdafiə sahəsində bir sıra razılaşmalar imzalanmış və hərbi təlimlərdə qarşılıqlı iştirak təmin olunmuşdur. Pakistan Azərbaycan ordusunun təlim və tədris proqramlarına dəstək verir, eyni zamanda müdafiə sənayesində ekspert mübadiləsi həyata keçirilir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib və qələbədən sonra rəsmi İslamabad Azərbaycanı təbrik edərək, ölkənin ərazi bütövlüyünü bir daha təsdiq etdi. Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq strateji xarakter daşıyır və gələcəkdə daha da genişlənəcək. Bu əlaqələr hər iki ölkənin hərbi gücünü artırmaqla yanaşı, strateji müttəfiqliyi daha da möhkəmləndirəcək.
Azərbaycan və Pakistan arasında mədəni əməkdaşlıq da inkişaf etməkdədir. Hər iki ölkədə bir-birinin mədəniyyətini tanıtmaq üçün qarşılıqlı mədəniyyət günləri, sərgilər və konsertlər təşkil olunur. Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti kimi ali təhsil müəssisələrində pakistanlı tələbələr təhsil alır. Həmçinin, Pakistan universitetlərində azərbaycanlı tələbələr üçün təqaüd proqramları mövcuddur. Bununla yanaşı Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, Pakistanın Müasir Dillər universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrası, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzi, Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsi, Pakistanın Lahor Dövlət Kolleci Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi olması bu iki ölkə arasında elmi, mədəni, humanitar sahələrin də dərinləşdirilməsinin bariz nümunəsidir.
2021-ci il 27 iyul tarixində Azərbaycan, Pakistan və Türkiyə arasında Bakı Bəyannaməsi imzalanmışdır. Bu mühüm sənəd üçtərəfli əməkdaşlıqda yeni bir mərhələ açmışdır. Bəyannamə, hər üç ölkənin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və müdafiə sahəsində birgə fəaliyyətini gücləndirməyi hədəfləyir. Xüsusilə Pakistanın bu sənəddəki rolu əhəmiyyətlidir, çünki İslamabad regionda sabitliyin qorunması, müdafiə sahəsində təcrübə mübadiləsi və iqtisadi əməkdaşlıq sahəsində öz töhfəsini verməyi öhdəsinə götürmüşdür. Bu bəyannamə, Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratmış və iki ölkə arasında siyasi əməkdaşlığın dərinləşməsinə səbəb olmuşdur.
Pakistanın Azərbaycanın Xocalı soyqırımını tam şəkildə soyqırım kimi tanıması iki ölkə arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayıb. Pakistan, Xocalı faciəsini beynəlxalq aləmdə tanıyan ilk ölkələrdən biri olaraq, bu insanlıq faciəsinə qarşı ədalət mübarizəsində Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirmişdir. Bu mövqe Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və iki ölkə arasında sarsılmaz dostluğun bir simvolu kimi qəbul edilir.
İki ölkə arasında münasibətlər digər sahələrlə yanaşı humanitar yardımlaşma zamanı da özünü göstərir. Təbii fəlakətlər zamanı Azərbaycan və Pakistan bir-birinə dəstək göstərmişdir. Məsələn, 2005-ci ildə Pakistanda baş verən zəlzələ zamanı Azərbaycan humanitar yardım göndərmiş, eyni zamanda Pakistan Azərbaycandakı təbii fəlakətlər zamanı dəstək göstərmişdir. Humanitar sahədə əməkdaşlıqda Heydər Əliyev Fondunun rolu danılmazdır. Belə ki, Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib.
2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.
Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu "Könüllü qadınlar" təşkilatı və "Daily Times" qəzeti tərəfindən "Humanizmin Simvolu - 2012-ci İlin Qadını" mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı "Hilal-e Pakistan" ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Pakistanın regional və beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə xüsusi önəm verir. Pakistanın keçmiş baş nazirləri və hazırkı rəhbərliyi ilə olan əlaqələr Azərbaycanın xarici siyasətində mühüm rol oynayır. Eyni zamanda, Pakistanın rəhbərliyi də Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyir, xüsusilə enerji təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün birgə layihələrə maraq göstərir.
Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki lider mütəmadi olaraq bir-birini rəsmi səfərlər çərçivəsində ziyarət edir, beynəlxalq tədbirlərdə görüşlər keçirirlər. Bu görüşlər zamanı siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunur.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin gələcəyi üçün geniş potensial mövcuddur. Xüsusilə enerji, ticarət, müdafiə sənayesi, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün zəmin vardır. Qeyd olunan əksər sahələrdə mövcud münasibətlər strateji xarakter daşıyır və xüsusiyyət yeni əhəmiyyət kəsb edən istiqamətlərin inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Bu mövqedən çıxış edən Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır.
Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi baxımından Pakistanın Azərbaycanın yanında olması, eyni zamanda Azərbaycanın Pakistana olan dost münasibəti gələcəkdə daha da dərinləşəcək və hər iki xalqın rifahına xidmət edəcək.

Milli Məclisin deputatı Azər Allahverənov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1424   Tarix: 25 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

8 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun