Əl və ayaqların daim soyuq olması ciddi problemlərdən xəbər verə bilər - HƏKİMDƏN XƏBƏRDARLIQ
Əksər hallarda soyuq ətrafların simptomu sərin temperatur və fiziki aktivliyin olmaması ilə əlaqələndirilir, lakin bu, eyni zamanda ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardioloq-həkimi, funksional diaqnost, tibb elmləri namizədi İrina Polyayeva "Gazeta.Ru" ilə söhbətində xəbərdarlıq edib.
Onun sözlərinə görə, qanda hemoqlobin səviyyəsinin aşağı olması (anemiya) da əllərin və ayaqların soyuq olmasına səbəb olur, çünki toxumalar kifayət qədər oksigenlə təmin olunmur.
"Bundan əlavə, soyuq ətrafların əsas səbəblərindən biri qeyri-kafi qan dövranıdır. Bu, məsələn, ateroskleroz səbəbindən damarların daralması ilə baş verə bilər ki, bu zaman arteriya divarlarında xolesterin toplanır. Əgər qan ətraflara sərbəst şəkildə dolaşa bilmirsə, onlar soyuq hiss oluna bilər", - deyə o bildirib.
Mütəxəssis bəzi sinir sistemi xəstəlikləri, məsələn, Reyno sindromunun qan damarlarında spazmalara səbəb ola biləcəyini və orqanizmin qan təchizatını azalda biləcəyi barədə xəbərdarlıq edib.
"Belə proseslər zamanı insanlar adətən dərilərinin rənginin dəyişdiyini, eləcə də yüngül sancma hissi keçirdiklərini müşahidə edirlər. Qalxanabənzər vəzin qeyri-kafi fəaliyyəti (hipotireoz) maddələr mübadiləsini ləngidə bilər ki, bu da bədən temperaturunun azalmasına və ətrafların soyuq olmasına gətirib çıxarır. Bu vəziyyətdə yorğunluq, çəki artımı və dərinin quruması kimi digər simptomlar da müşahidə oluna bilər. Şəkərli diabet xəstələrində isə diabetik neyropatiya - sinirlərin zədələnməsi inkişaf edə bilər ki, bu da qan dövranını pisləşdirir və ətraflarda soyuqluq hissi yaradır", - deyə kardioloq qeyd edib.
O, ətraflarda tez-tez soyuqluq hissi yaranarsa, diaqnostika üçün mütəxəssisə müraciət etməyi tövsiyə edib.
"Qısa müddətli tədbir kimi qan dövranını yaxşılaşdırmaq üçün məşqlər tövsiyə oluna bilər. Bundan əlavə, isti geyim və corab geyinmək, otaqda rahat temperatur saxlamaq da kömək edər. Unutmayın ki, soyuq əllər və ayaqlar təkcə xoşagəlməz simptom deyil, həm də daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu vəziyyəti laqeyd qoymayın və özünüzü diqqətlə izləyin", - deyə İrina Polyayeva məsləhət görüb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1821 Tarix: 25 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabr