"Azərbaycan öz şimal qonşusu ilə münasibətlərin normal məcraya düşməsinə maraqlıdır" - DEPUTAT
"Əvvəla onu qeyd edim ki, Azərbaycan-Rusiya münasibətləri 2022-ci ilin fevral ayında imzalanmış bəyannamə ilə müttəfiqlik, qarşılıqlı fəaliyyət münasibətləri səviyyəsinə yüksəlib. Fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. Müttəfiqlər olaraq Azərbaycan Rusiyadan ölkəmizə münasibətdə anoloji yanaşmanı tələb edir və burada hər şey qarşılıqlı əsaslara söykənir".
Bunu Sonxeber.az-a deputat Elman Nəsirov danışıb.
O, açıqlamasında qeyd edib ki, bundan sonra da Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərə xələl gətirəcək amillər bundan sonra aradan qaldırılacaq:
"Azərbaycan da Rusiya ilə münasibətdə üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiqdir. Amma, təəssüf ki, Bakı şəhərində "Rus Evi" kimi fəaliyyət göstərən bir qurumun Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozaraq təmsil olunması, haklı olaraq Azərbaycanda narahatlıq doğurdu və onun fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə məlumat verildi. Bundan sonra isə biz Rusiya mətbuatında Azərbaycana qarşı hədiyyanlara, təzyiqlərə, yalan məlumatların yayıldığına şahidlik etdik. Bu da heç bir halda bizim ikitərəfli münasibətlərimizin gedişatına uyğun deyil. Azərbaycan öz şimal qonşusu ilə münasibətlərin normal məcraya düşməsinə maraqlıdır. Biz münasibətlərimizin inkişafına maraqlıyıq və istəyirik ki, Azərbaycan bu münasibətə necə sadiqdirsə qarşı tərəf də eyni mövqeydən çıxış etsin. İnanırıq ki, gələcəkdə belə hallar baş verməyəcək və Rusiyanın müvafiq qurumları da anti-Azərbaycan təbliğat aparan mediyanın fəaliyyətinə təsir göstərəcək. Bundan sonra da ikitərəfli münasibətlərimizə bundan sonra xələl gətirəcək amillər aradan qaldırılacaq. İndiki halda isə Azərbaycanın atdığı addımlar hüquqi müstəvidədir və bu heç bir halda ölkə əleyhinə atılmış addım deyil, Azərbaycan qanunlara, hüquqa hörmətlə yanaşan dövlətdir".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?