25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi
Tailandda 60 yaşlı britaniyalı kişi turist vizasının müddəti 25 ili keçdiyi üçün həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə BFMTV nəşri məlumat verib.
Məlumata görə, o, 2000-ci ildə ölkəyə 30 günlük viza ilə gəlib və qeyri-qanuni şəkildə qalmağa davam edib. Bu, yerli polisin sözlərinə görə, "rekord" müddət olub.
Kişi ölkənin şimalındakı Çianqmay əyalətində qeyri-qanuni mühacirlərə qarşı keçirilən əməliyyat zamanı həbs edilib. O, turist vizası ilə gəldiyini və Tailandı tərk etmədiyini etiraf edib. İmmiqrasiya xidmətindən bildirilib ki, kişi ölkədə 9 135 gün keçirib və bu da ondan əvvəl pakistanlı tərəfindən müəyyən edilən 10 illik rekordu üstələyib.
Adı açıqlanmayan britaniyalı 13 il Banqkokda yaşayıb, orada tailandlı qadından uşağı dünyaya gəlib, daha sonra iqtisadi çətinliklər səbəbindən Çianqmaya köçüb. Onun işi olmayıb, İngiltərədəki ailənin pulu ilə dolanıb. 2018-ci ildə boş və möhürsüz qalan pasportunu yeniləyib. İndi kişi vətəninə deportasiya olunmasını gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1165 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ev şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 mayƏkizdirlər, amma doğma bacı deyillər
İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. xarici mediaya istinadən xəbər verir ko, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya"
4 mayAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind
6 mayNevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı
"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir". xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya -ya açıqlamasında bildirib. Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olara
4 mayTəmirə haradan başlamaq lazımdır ki... sonra peşman olmayasınız
Təmir sistemli yanaşma və ardıcıllıq tələb edən bir prosesdir. Başlanğıcda edilən səhvlər çox vaxt həm vaxtın, həm də pulun ikiqat xərclənməsinə səbəb olur. xəbər verir ki, bunun qarşısını almaq üçün işə dəqiq planla başlamaq vacibdir. Hazırlığa qoyulan investisiya sonradan daha az düzəliş və əlavə xərclərl
7 mayKenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebrala
7 may