Alimlər Yer kürəsinin daxili nüvəsində sirli forma dəyişikliyi tapdı - Nə baş verir?

Alimlər Yer kürəsinin daxili nüvəsində sirli forma dəyişikliyi tapdı - Nə baş verir?Yer kürəsinin mərkəzində yerləşən daxili nüvə təxminən 2400 kilometr enində olan və əsasən dəmirdən və nikeldən ibarət bir kürədir. Yeni araşdırmaya görə, bu nüvə tamamilə bərk olmayıb və son illərdə xarici sərhədində nəzərəçarpacaq bir forma dəyişikliyi yaşanıb.

Qaynarinfo xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin yer elmləri professoru Con Vidale bu dəyişimin ən mümkün izahının, xarici nüvənin daxili nüvəyə "çəkici" təsir göstərməsi olduğunu bildirib.

Bu kəşf, Yer kürəsinin mərkəzi ilə bağlı daha çox sirri üzə çıxarır. Daha əvvəlki tədqiqatlar göstərmişdi ki, daxili nüvə planetin digər təbəqələri ilə eyni sürətlə fırlanmır və onun fırlanma sürəti zamanla dəyişir. Bir zamanlar xarici laylardan daha sürətli fırlanan daxili nüvə, indi daha yavaş dönür kimi görünür.

Yer kürəsinin daxili quruluşu necədir?

Daxili nüvə Yer kürəsinin ən dərin qatını təşkil edir və səthin altında yerləşir. Onun üzərində qabıq təbəqəsi mövcuddur ki, bu da cəmi bir neçə kilometr qalınlıqdadır. Daha dərinlikdə, planetin böyük hissəsini təşkil edən və qitələrin hərəkətinə səbəb olan təxminən 2900 kilometr qalınlığında bir mantiya yerləşir. Mantiyanın altında isə maye halında olan xarici nüvə mövcuddur.

Alimlər Yerin daxili quruluşunu birbaşa müşahidə edə bilmədikləri üçün əsasən seysmik dalğalardan istifadə edirlər. Zəlzələlər zamanı yayılan titrəyişlərin sürəti və istiqaməti qayaların sıxlığı və elastikliyinə bağlı olaraq dəyişir.

Bu araşdırma çərçivəsində professor Vidale və onun komandası Cənubi Atlantik Okeanında yerləşən Cənubi Sendviç adaları ətrafında baş verən zəlzələləri tədqiq ediblər. Bu bölgədə tez-tez zəlzələlər baş verir və bəzən illər sonra eyni gücdə və yerdə yeni bir zəlzələ baş verə bilir.

Tədqiqatçılar 1991-2004-cü illər arasında qeydə alınmış 100-dən çox "zəlzələ cütlüyünü" araşdırıblar. Bu analizlər üçün biri Alyaskada, digəri Kanadada olmaqla, adalardan 13 min kilometr uzaqlıqda yerləşən iki seysmometr stansiyası istifadə olunub.

Tədqiqatın əsas məqsədi daxili nüvənin fırlanmasının yavaşladığını göstərən əvvəlki araşdırmaları daha da inkişaf etdirmək olub. Lakin Yellowknife adlı seysmometr stansiyasından alınan siqnalların bəzi xüsusiyyətləri izah edilə bilmirdi.

Professor Vidale bu barədə belə deyib: "Titrləmələr fərqli idi".

Bəzi zəlzələ cütlükləri üçün daxili nüvə hər iki hadisədə eyni istiqamətdə qalırdı. Eyni bölgədən gələn zəlzələ dalğalarının Fairbanks və Yellovknife stansiyalarında eyni seysmik siqnallar yaratması gözlənilirdi. Fairbanks üçün bu, düzgün idi, lakin Yellovknifeda siqnallar fərqli olub.

Yellovknife stansiyası Cənubi Sendviç adalarına Fairbanksdən daha yaxın yerləşdiyi üçün, həmin bölgədən gələn seysmik dalğalar daxili nüvənin daha dərin hissələrinə çata bilmirdi.

Professor Vidalenin fikrincə, xarici nüvədəki turbulent axınlar və ya mantiyadakı daha sıx kütlələrin yaratdığı qravitasiya təsiri daxili nüvənin formasını dəyişdirə bilər və bu da seysmik siqnallardakı fərqliliyi izah edə bilər. Daxili nüvə ərimə nöqtəsinə yaxın temperaturda olduğu üçün onun müəyyən dərəcədə elastik olması və deformasiyaya uğraması təəccüblü deyil.

Bu son kəşf deyil

Avstraliya Milli Universitetinin geofizika professoru Hrvoye Tkalçiç aparılan araşdırmanın etibarlı olduğunu, lakin tək mümkün izahın bu olmadığını qeyd edib.

Son illərdə geofiziklər seysmik siqnallardakı fərqliliyin daxili nüvənin fırlanma sürətinin dəyişməsi və ya şəklinin deformasiyaya uğraması səbəbindən meydana gəlib-gəlmədiyini müzakirə edirdilər. Professor Tkalçiç bu araşdırmanın hər iki ehtimalın birləşdiyini irəli sürərək bu mübahisəni uzlaşdırdığını bildirib.

Stoni Bruk Universitetinin yer elmləri professoru Lianxin Ven daxili nüvənin Yerin digər hissələrindən fərqli bir sürətlə döndüyü fikrinə tam əmin olmadığını deyib. O bildirib ki, Yellovknife stansiyasından əldə edilən məlumatlar bu hipotezlə uyğun gəlmir və bu uyğunsuzluq ilkin nəticələrin yenidən nəzərdən keçirilməsinə səbəb olmalıdır. Onun fikrincə, təkcə daxili nüvənin formasındakı dəyişiklik seysmik məlumatları izah etmək üçün yetərlidir və fırlanma sürətində dəyişiklik olmasına ehtiyac yoxdur.

Professor Vidale isə nəticələrindən əmin olsa da, bu tapıntının hələ də qəti sübut olmadığını vurğulayıb: "Biz doğru olduğumuza inanırıq, amma bu, yüz faiz sübut olunmuş deyil. Dəqiqlik dərəcəmizi soruşsanız, təxminən 90 faiz əmin olduğumu deyə bilərəm".

Professor Tkalçiç bu sirrin tam həll olunması üçün daha çox məlumatın lazım olduğunu və bunun yalnız okean dibi də daxil olmaqla, Yer kürəsinin uzaq bölgələrində seysmoloji infrastrukturun qurulması ilə mümkün ola biləcəyini bildirib.

Pekin Universitetinin professoru Siaodonq Sonq da bu fikrə qatılıb və belə deyib: "Bu yeni araşdırma, planetin dərinliklərində baş verən qəribə prosesləri araşdırmaq üçün yeni bir elmi dalğanı təşviq etməlidir".

Qeyd edək ki, professor Sonq 1990-cı illərin ortalarında daxili nüvənin Yerin səthindən fərqli bir sürətlə döndüyünü irəli sürən ilk alimlərdən biri olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1136   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021