Hakan Fidan Ukraynaya görə Londona gedəcək
"Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda Ukrayna ilə bağlı təşkil edilən görüşdə respublikanı təmsil edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Bildirilir ki, XİN rəhbəri Ankaranın Rusiya ilə Ukrayna arasında danışıqlar aparmağa hazır olduğunu bir daha təsdiqləyəcək.
"Xarici işlər naziri Hakan Fidan ölkə prezidentini təmsil edəcək. O, tədbirdə Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülh yolu ilə dayandırmaq üçün səylər göstərdiyini vurğulayacaq. H.Fidan həmçinin 2022-ci ilin mart ayında Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi etmiş Türkiyənin bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirəcək", - deyə mənbə əlavə edib.
Fidan eyni zamanda, təhlükəsizliyin təmin edilməsi, iqtisadi rifahın və regional sabitliyin qorunmasının qarşıdakı danışıqlar dövründə bütün tərəflərin ortaq məqsədi olması gərəkdiyini vurğulamağı planlaşdırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 769 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021