DVX: "Boz iqtisadiyyat"ın leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "boz iqtisadiyyat"ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib.
"Report" xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə deyib.
Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib:
"Bu gün iqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq mühitini daha əlverişli etmək və vergi ödəyicilərinin könüllü ödənişlərini təşviq etməklə iqtisadi aktivliyi artırmaqdır".
N. İmanov qeyd edib ki, son altı ildə aparılan islahatlar qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artmasına ciddi təsir edib. Onun sözlərinə görə, bu sektorda məşğulluq 82 %-dən çox artıb, əməkhaqqı fondu 2,7 dəfə böyüyüb, aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın yüksəlib.
"Bu göstəricilər sahibkarlığın inkişafı və iqtisadiyyatın şəffaflaşması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Vergi xidməti olaraq yeni dövrdə fəaliyyətimizi daha iddialı və hədəfyönlü siyasətlə davam etdirmək niyyətindəyik", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 703 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021