Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.
Sonxeber.az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.
Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.
H.Kazımov da ifadəsində 1000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov 4 sutkalıq həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr