Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilməsi planlaşdırılan birgə silah istehsalının yaradılmasını təklif edib.
Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev Fransa prezidentinin Ukraynaya yardım və yenidənqurma üzrə xüsusi nümayəndəsi Pyer Elbron ilə görüşündə silah istehsalı perspektivlərini müzakirə edib.
"Ukrayna cari ehtiyaclara uyğun olaraq Fransanın müdafiə şirkətləri ilə birgə müəssisələrin yaradılmasını təklif edir. Müdafiə Nazirliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək faizlər hesabına maliyyələşdirilə bilinəcək bir neçə layihə təklif edib", - məlumatda deyilir.
Nazir müavininin sözlərinə görə, Ukraynanın kritik ehtiyacları arasında hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri, ələkeçirici raketlər, ağır zirehli maşınlar və döyüş sursatları var.
"İnvestisiyalar və istehsalın inkişafı ilə yanaşı, Ukrayna hazır silahlar əldə etməkdə də maraqlıdır. Ehtiyaclar əhəmiyyətli olaraq qalır, cəbhədə vəziyyət dinamikdir, ona görə də tez qərar qəbul etmək lazımdır", - Boyev qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1249 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabr