İrəvan sülh istəyirsə, Bakının obyektiv tələblərini yerinə yetirməlidir - ŞƏRH

İrəvan sülh istəyirsə, Bakının obyektiv tələblərini yerinə yetirməlidir - ŞƏRH2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarından Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, həmçinin Cənubi Qafqazda separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. Yeni siyasi qaydalarının müəllifi Bakıdır. Bu reallıq regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Azərbaycan bunun üçün öhdəsinə düşənləri edir. Müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etməsi rəsmi Bakının humanistliyinin ən ciddi təzahürlərindəndir.

Azərbaycanın bütün cəhdlərinə və ikitərəfli münasibətlərin normallaşmasında qismən yol qət edilməsinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Bunun əsas səbəbi Ermənistanın qeyri – adekvat mövqeyidir. Belə ki, baş nazir Nikol Paşinyan və komandası dildə sülhdə maraqlı olduğunu və bunu istədiyini desə də, əməldə tamamilə fərqli ritorika ortay qoyur. Buna bariz nümunə kimi rəsmi İrəvanın Azərbaycanda erməni əsilli şəxslərin məhkəməsi haqqında sülh gündəliyinə cavab verməyən açıqlamalarını göstərmək olar. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bir müddət əvvəl Azərbaycanda erməni əsilli məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə guya pis rəftar edildiyini, onların hüquqlarının təmin olunmadığını, məhkəmə prosesinin səhnələşdirildiyini iddia edib. Ermənistan XİN-in bəyanatında, eyni zamanda, bildirilib ki, rəsmi İrəvan hərbi əsirlərə, girovlara və erməni əsilli digər məhbuslara qarşı qadağan olunmuş tədbirlərin tətbiqi barədə məlumatlar almaqda davam edir. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə bu bəyanatı rədd edib. XİN-in mətbuat katibi Ayxan Hacızadə cavab bəyanatında bildirib ki, Ermənistan müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş" adlandıraraq onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda saxlanılan və məhkəmələri davam edən terrorçular özləri də hüquqlarının lazımi şəkildə təmin olunduğunu bildirirlər. Bunu deməsələr belə, hər şey göz qabağındadır: onların hüquqlarının təmin olunması üçün yaradılan şərait, məhkəmə çıxışlarındakı ifadələri, etirafları və həm də Ermənistanın siyasi manipulya cəhdləri. Sual yaranır: əgər rəsmi İrəvan terrorçular və hərbi cinayətkarlar Araik Arutunyana, Ruben Vardanyanı və digərlərini bu qədər çox düşünürsə, niyə zamanında onları Azərbaycana qarşı beynəlxalq hüquqa uyğun gəlməyən cinayətlərə cəlb etdilər? Axı sonunun belə olacağını təxmin etməli idilər.

Görünən odur ki, Ermənistan hakimiyyəti adı çəkilən şəxslərdən bir neçə gün il əvvəl istifadə etdiyi kimi, yenə də yararlanır və onların "vəkili" kimi çıxış etməklə "suları bulandırmağa", süni şəkildə gərginlik yaratmağa çalışır.

Bu azmış kimi, Ermənistan XİN bu günlərdə Sumqayıt hadisələri barədə absurd bəyanat yaydı, Azərbaycanı etnik təmizləmədə ittiham etdi. Yəni İrəvan Bakını təqsirləndirmək üçün hətta tarixi saxtalaşdırmaqdan da çəkinmir. Bu da əslində Ermənistanın siyasətinin ifşası baxımından xarakterikdir. Nəzərə almaq lazımdır ki, vəziyyət tam əksinədir. Əslində soyqırım törədən elə Ermənistan özüdür. Rəsmi İrəvanın cinayətlərini etiraf etmək əvəzinə, Azərbaycanı ittiham etməsi heç bir diplomatik normaya və beynəlxalq hüquqa sığmır.

Başqa məsələ qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlıdır. Ermənistan uzun müddətdir ki, bu məsələni də siyasiləşdirməyə çalışır. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıtması Ermənistanın iddia etdiyindən fərqli olaraq onun təhlükəsizliyi üçün təhdid deyil. Nəzərə almaq lazımdır ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bu o deməkdir ki, ikitərəfli münasibətlərin normallaşması kontekstində qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıtması şərtdir. Əgər rəsmi Bakı humanistlik göstərib ermənilərin Qarabağda yaşamasına icazə verirsə, deməli, rəsmi İrəvan da qərbi azərbaycanlıların qayıdışa mane olmamalı, əksinə, prosesə töhfə verməlidir. Bu, Ermənistanın sülh prosesində səmimi olmasının ən ciddi göstəricilərindən olar.

Ermənistanın sülh prosesinə mane olmasının sübutlarından biri də ölkə parlamentinin spikeri Alen Simonyanın və Paşinyanın ətrafında olan digər siyasi fiqurların Qarabağ ermənilərinə 2023-cü ildə niyə sona qədər kimi vuruşmadığını sorğulaması, Paşinyan administrasiyasının açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına təəssüf etməsidir. Bu, Paşinyanın və onun komandasının sülh sazişində maraqlı olmaları ilə bağlı bütün bəyanatlarının səmimiliyini sual altına atır.

Bu proseslər bilavasitə Paşinyan hakimiyyətinin siyasi iradəsizliyi ilə bağlıdır. Bu gün müxalifət Ermənistan daxilində sözün əsl mənasında "at oynadır". Ermənistan iqtidarı ya müxalifətdən öz maraqları naminə istifadə edir, ya da onların iradəsini qıra bilmir.

Ermənistan müxalifətinin liderlərindən olan Robert Köçəryan mətbuat konfransında ölkəsini Minsk Qrupunu ləğv etməməyə çağırması faktı diqqət çəkir.

Məlum olduğu kimi, Azərbaycanın sülh sazişi ilə bağlı əsas şərtlərindən biri məhz artıq faktiki olaraq lazımsız quruma çevrilən Minsk Qrupunun ləğvidir. Ermənistan hakimiyyəti də son zamanlar bu məsələ ilə bağlı pozitiv mesajlar verir. Amma müxalifət prosesə mane olur. Bu, belə düşünməyə əsas verir ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına mane olan güclər heç də az deyil. Belə olan halda Paşinyan Azərbaycanı ittiham etmək əvəzinə, onları "zərərsizləşdirməlidir".

Daxildəki müxalifətlə yanaşı, xarici oyunçular da rəsmi İrəvanın konstruktiv mövqeyinə mane olurlar. Ermənistan isə "çalınan havaya oynamağa davam edir". Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının xüsusilə son zamanlar artan təxribatçı fəaliyyəti, o cümlədən müntəzəm olaraq açıq-aydın Azərbaycan ərazilərini müşahidə etməsi həm də rəsmi İrəvanın "başının altına yastıq qoymaqdır". Aİ-nin fəaliyyəti ilə bağlı xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, fevralın 25-də Avropa İttifaqı - Ermənistan parlamentlərarası komitəsinin bəyanatı imzalanıb. Anti-Azərbaycan fikirlərin də əks olunduğu sənədi imzalayanlar arasında Paşinyanın partiyasından olan siyasətçilər də var idi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan əslində səmimi deyil, sadəcə vaxt qazanmağa və özünü "sülh göyərçin"i kimi təqdim etməyə çalışır.

Əgər Ermənistan, həqiqətən, sülh sazişində səmimidirsə, "sağ əli ilə sol qulağını" qaşımamalı, düz, hamar yolla irəliləməlidir. Belə ki, sülh sazişi ilə bağlı Azərbaycanın konkret şərti var. Bu, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstusiyaya dəyişiklik, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin tam yerinə yetirilməsi, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvidir. İrəvan sülh istəyirsə, bu tələbləri yerinə yetirməlidir. Əks halda uydurduğu bütün bəhanə və iddialar "suları bulandırmaq" cəhdindən başqa bir şey deyil.(report.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1819   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr