Finlandiya Prezidenti Zelenski-Tramp görüşü haqqında: Yeganə qalib Putin oldu

Finlandiya Prezidenti Zelenski-Tramp görüşü haqqında: Yeganə qalib Putin olduAğ Evdə 28 fevral hadisələrinin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu.

"Report" "Yle"yə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb Donald Tramp və Volodimir Zelenski arasında açıq mübahisəyə çevrilən görüşü şərh edərkən deyib.

"Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir", - Stubb "Ykkösaamu" teleproqramında bildirib.

Stubb Ağ Evdə baş verənləri "kədərli" və "tarixi" adlandırıb.

"Bütün yetkin həyatım boyu beynəlxalq siyasət və diplomatiya ilə məşğul olmuşam və heç vaxt ictimaiyyət arasında belə bir şey görməmişəm. Bağlı qapılar arxasında hər cür müzakirələr aparılır, lakin cümə günü kameralar qarşısında baş verən hadisələr çox nadir görülənlərdəndir", - o əlavə edib.

Stubbın sözlərinə görə, Finlandiya sülhə nail olmaq üçün ilkin plan hazırlayıb, bu plan üç mərhələdən ibarətdir və birinci mərhələyə Ukraynanın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsi, eləcə də Rusiyaya maksimum təzyiq göstərilməsi daxildir.

"Ukrayna təhlükəsizlik məsələlərində aparıcı rol oynamalı, eyni zamanda Avropa və ABŞ-nin dəstəyi ilə hərəkət etməlidir", - Stubb deyib.

O, danışıqların Pasxa bayramına qədər davam edəcəyini düşündüyünü, Avropanın bu prosesin uğurla həyata keçirilməsi üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 942   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Birliyi İran münaqişəsinin həlli üçün diplomatik səyləri dəstəkləməyə hazırdır

Avropa Şurasının prezidenti Antonio Kosta BMT Baş Assambleyasının iclası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşdükdən sonra bildirib ki, Avropa İttifaqı İranla bağlı davam edən münaqişənin yalnız diplomatik yolla həll edilməsində israr edir. xəbər verir ki, Koşta özünün X səhifəsində yazıb

24 sentyabr
.

Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa

24 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr