Qazaxıstandan AZAL-ın qəzaya uğrayan təyyarəsilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır.
Bunu "RİA Novosti"yə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
"Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq", - deyə, o bildirib.
D. Abayev qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər.
"Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib".
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl AZAL təyyarəsi ilə insidentin ölkənin hava məkanında baş verdiyinə görə üzr istəyib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində hadisə ilə bağlı irəli sürülən üç şərt açıqlayıb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli, Azərbaycana, yaralanan və həlak olan sərnişinlərə və təyyarənin ekipaj üzvlərinə təzminat ödəməlidir. (Report)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."