"Azərbaycan qadınları zəriflik və qüdrətin simvoludur" - DEPUTAT

"Azərbaycan qadınları zəriflik və qüdrətin simvoludur" - DEPUTAT"Azərbaycan qadınları tarix boyu cəmiyyətin inkişafında, dövlətçiliyin möhkəmlənməsində və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayıb. Onlar təkcə ailənin sütunu deyil, eyni zamanda elmin, siyasətin, incəsənətin və iqtisadiyyatın müxtəlif sahələrində böyük uğurlar qazanan güclü şəxsiyyətlərdir. Azərbaycan qadınının ən böyük xüsusiyyətlərindən biri onun həm zərif, həm güclü, həm də iradəli olmasıdır. O, ailəsinə qayğı göstərir, övladlarını vətənpərvərlik ruhunda böyüdür, eyni zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilir".

Bunu Sonxeber.az-a danışan deputat Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dünyada qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi tanınır:

"1918-ci ildə Azərbaycan Cümhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq, hətta bir çox Avropa ölkələrini də qabaqlayaraq qadınların seçki hüququnu təsbit edib və qadınlara kişilərlə bərabər hüquqlar tanıyan qanun qəbul edib. Bu ölkəmizdə qadına, qadın hüquqlarına verilən dəyərin bariz nümunəsidir. Müstəqil Azərbaycanın qadın siyasətində Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Ulu Öndərin rəhbərliyi ilə qadın hüquqlarının qorunması və onların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Heydər Əliyev qadınları ölkənin sosial-iqtisadi inkişafının ayrılmaz hissəsi kimi dəyərləndirərək, onların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət yetirib.
Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların bərabər hüquqlara malik olduğunu təsbit edib. Dövlət gender bərabərliyini təmin edib və qadınların ictimai-siyasi, sosial və iqtisadi sahələrdə fəal iştirakını dəstəkləyir. 1995-ci ildə IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Bu sənədlər qadınların hüquqlarının qorunmasını və gender bərabərliyinin gücləndirilməsini nəzərdə tutur.
1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılmasına dair Dövlət Proqramı"nın qəbul edilməsi qadınların ictimai və siyasi fəallığının yüksəlməsinə mühüm töhfə verib. Ölkəmizdə qadın hərəkatının inkişafında mühüm hadisələrdən biri də Azərbaycan qadınlarının qurultaylarıdır. 1998-ci il iyunun 19-20-də keçirilən I Azərbaycan Qadın Qurultayı ölkəmizdə qadın hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda daha fəal iştirakı və gender bərabərliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına səbəb olub. Bu tədbirlər nəticəsində qadınların dövlət və özəl sektorda təmsilçiliyi daha da artıb. Ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş "Gender bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar, eyni zamanda bu sahədə qəbul edilən digər qanun və dövlət proqramları Azərbaycan dövlətinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirtdiyi ardıcıl siyasətin bariz nümunəsidir".

Deputat vurğulayıb ki, Azərbaycan qadınları dövlət idarəçiliyində və ölkənin ictimai-siyasi həyatının bütün sferalarında ən yüksək səviyyədə təmsil olunur:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. Hazırda Milli Məclisdə 26 qadın deputat təmsil olunur. Son iki çağırış Milli Məclisin sədri də qadındır.
Azərbaycan qadınları dövlət və ictimai həyatda fəal iştirak edib, ölkənin inkişafına dəyərli töhfələr verməklə yanaşı, onlar Vətən uğrunda döyüşən qəhrəman analar, elmə yenilik gətirən alimlər, incəsənətdə iz qoyan sənətkarlar və gələcək nəsilləri yetişdirən müəllimlərdir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edirəm, onlara sağlamlıq, sevgi, xoşbəxtlik, uğur və nailiyyətlərlə dolu həyat arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1097   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021