Prezidentin ayırdığı 33 milyona Naxçıvanda bu işlər görüləcək - RƏSMİ CAVAB
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 4 mart tarixli sərəncamına əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişindaşımanın ekoloji təmiz və təhlükəsiz elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik avtobusunun alınması və onların fəaliyyətini təmin edəcək depo və enerjidoldurma infrastrukturunun yaradılması ilə bağlı müvafiq maliyyə vəsaiti ayrılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib.
Qeyd edilib ki, hazırda avtobusların satınalma və infrastrukturun qurulması ilə bağlı texniki və təşkilati məsələlər üzrə müvafiq işlərə başlanılıb:
"Layihənin icra qrafikinə uyğun olaraq, elektrik avtobuslarının Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə verilməsi 2025-ci il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Görüləcək işlər çərçivəsində elektrik avtobuslarının fəaliyyət göstərəcəyi marşrut şəbəkəsinin optimallaşdırılması, enerjidoldurma məntəqələrinin quraşdırılması və avtobusların saxlanılması üçün müasir tələblərə cavab verən depo infrastrukturunun yaradılması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi ekoloji dayanıqlılığın artırılması və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri çərçivəsində mühüm addımlardan biridir və Naxçıvan şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına töhfə verəcəkdir.
Suala əlavə olaraq daha dəqiq tarixlər və mərhələlərlə bağlı məlumat verilməsi üçün işlərin gedişindən asılı olaraq ictimaiyyətə mütəmadi məlumat təqdim ediləcəkdir".
Qeyd edək ki, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1424 Tarix: 06 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021