Vardanyana sərt cəza tələb edirlər
Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu "Putinin sponsor" və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.
Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.
Deputatlar bəyanatlarında "Vardanyanın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini" xatırladırlar.
Oliqarx 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.
"CNN Prima News" həmçinin vurğulayır ki, altı il bundan əvvəl Avropa İttifaqının sanksiyalarından yayınmağa cəhd göstərməsinə baxmayaraq, qondarma Qarabağdakı erməni separatçıların keçmiş rəhbəri indi Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onu ömürlük həbs gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1522 Tarix: 06 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr