Bu ixtisaslar üzrə keçid balı artacaq

Bu ixtisaslar üzrə keçid balı artacaqQarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəcanla bu imtahanları gözləyirlər. Statistikaya görə, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb.

Bəs, görəsən, builki qəbul imtahanları necə olacaq? Hansısa yeniliklər gözlənilirmi? Qəbul planında artım və ya azalma olacaqmı? Keçid balları ilə bağlı proqnozlar nədən ibarətdir?

İmtahanlar tədricən mürəkkəbləşir

Sonxeber.az Kaspi.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, son illərdə qəbul imtahanlarının tədricən mürəkkəbləşdiyi müşahidə olunur. Onun sözlərinə görə, qəbul imtahanlarında təfəkkürə və tətbiqi biliklərə əsaslanan sualların artması ehtimalı yüksəkdir:

"Xüsusilə məntiqi təfəkkürü yoxlayan suallara daha çox yer ayrılması mümkündür. 2023-cü və 2024-cü illərdə keçirilmiş imtahanların sual modelləri göstərir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məqsədi tək bilikləri yoxlamaq deyil, həm də onları tətbiq etməyi tələb edən situativ sualları artırmaqdır. Bu tendensiya builki imtahanlarda da davam edə bilər. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsas tövsiyə məntiqi və analitik təfəkkürə əsaslanan suallara üstünlük vermək, müxtəlif tipli testləri işləməklə imtahan formatına uyğunlaşmaq və vaxtı effektiv idarə etməkdir. Xüsusilə riyaziyyat və məntiq əsaslı tapşırıqlarda sürətli və dəqiq cavab vermək qabiliyyətinin inkişaf etdirilməsi vacibdir".

İmtahanların formatında köklü dəyişikliklər olmayacaq

Ekspert vurğulayır ki, qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir: "DİM imtahanların strukturunu ani və kəskin dəyişikliklərlə yox, tədricən transformasiya etməklə yeniləyir. Lakin bəzi fənlər üzrə açıq sualların və situasiya əsaslı tapşırıqların artması mümkündür. Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərində yazılı cavab tələb edən sualların nisbətinin artması ehtimalı var".

Qəbul planında artım və ya azalma məsələsinə gəlincə, mütəxəssis bunun bir neçə amildən asılı olduğunu bildirir:

"2024-cü ildə tələbə qəbulu planında bəzi universitetlər üzrə kiçik dəyişikliklər olsa da, ümumi qəbul planında ciddi azalma müşahidə olunmadı. 2025-ci ildə universitetlərdə yerlərin sayının necə tənzimlənəcəyi iqtisadi və sosial amillərdən asılıdır. Xüsusilə texniki və tətbiqi ixtisaslara marağın artması fonunda həmin ixtisas qruplarında qəbul yerlərinin artırılması mümkündür. Digər tərəfdən, bəzi ixtisaslar üzrə tələbatın az olması səbəbindən qəbul yerlərinin azaldılması da ehtimal edilə bilər".

Keçid ballarında ciddi dəyişiklik

Ekspert onu da qeyd edir ki, əgər qəbul planı genişlənərsə və plan yerlərinin sayı artarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər:

"Əksinə, əgər plan yerləri azaldılarsa və ya abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə yüksələrsə, keçid ballarının artmasını müşahidə edəcəyik".

K.Əsədovun sözlərinə görə, son illər bəzi ixtisaslar üzrə keçid ballarında ciddi dəyişikliklər baş verib:

"Xüsusilə tibb, informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə keçid ballarının artması tendensiyası müşahidə edilir. Bunun səbəbi həmin sahələrə tələbatın artması və yüksək bal toplayan abituriyentlərin bu ixtisaslara yönəlməsidir. Əksinə, bəzi humanitar ixtisaslarda keçid balları aşağı düşüb, çünki həmin sahələrə maraq əvvəlki illərə nisbətən azalıb".

Rəqabət daha yüksək olacaq

Təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında rəqabət daha yüksək olacaq:

"Abituriyentlərin statistikasına baxsaq görərik ki, ötən illərlə müqayisədə müraciət sayında ciddi artım var. Yəqin ki, bu say 100 min nəfərə qədər artacaq. Bu da o deməkdir ki, plan yerləri uğrunda rəqabət çox olacaq".

Ekspertin fikrincə, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər daha hazırlıqlı olurlar: "Abituriyentlər artıq imtahan suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır".

Plan yerlərinin sayı artacaq

Ekspert vurğulayır ki, abituriyentlərin nəticələri uğurlu olarsa, bu, prestijli ixtisaslarda keçid ballarına təsir edəcək:

"Amma dövlətin sosial-iqtisadi proqramında 2026-2027-ci ilə qədər qəbul planının təxminən 85 minə qədər çatdırılması planlaşdırılıb. Bu, həm magistr, həm də bakalavrları əhatə edir. Düşünürük ki, bu il həm bakalavr, həm magistratura pilləsinə təxminən 75-80 minə yaxın qəbul aparılacaq. Belə olan halda plan yerinin artması ümumi mübarizə aparan abituriyentlərin hər birinin demək olar ki, qəbul olunması anlamını verir".

E.Əfədinin sözlərinə görə, bu il birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, o cümlədən neft-qaz mühəndisliyi, kimya mühəndisliyi ixtisaslarında rəqabət yüksək olacaq. İkinci ixtisas qrupunda maliyyə, biznesin idarə edilməsi, o cümlədən menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika ixtisaslarına tələbat daha böyük olacaq. Üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, o cümlədən, pedaqoji ixtisaslara qəbul gərgin mübarizədə keçəcək. Dördüncü ixtisas qrupunda isə tibb və stomatologiya, biotexnologiya, psixologiya ixtisasları rəqabətli olacaq.

E.Əfəndi sözügedən ixtisaslar üzrə keçid ballarının artacağını proqnozlaşdırır: "Bu ixtisaslarda rəqabət ildən-ilə artır. Ona görə də keçid ballarının enməsini deyil, artmasını gözləyirik. Əgər bu il nəticələr yaxşı olarsa, minimum 3-5 bal, maksimum 15-20 bala qədər artım gözlənilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3342   Tarix: 08 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azad olunmuş ərazilərdə növbəti seçkilərədək bələdiyyələr yaradıla bilər

Azad olunmuş ərazilərdə növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla bilər. xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov qurumun bugünkü iclasında deyib. Onun sözlərinə görə, bununla da Azərbaycanın işğaldan azad edilmiş torpaqlarınd

16 yanvar
.

Rafael Qvaladze vəfat etdi

Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə"

15 yanvar
.

Mədət Quliyevin xanımının yeni peşəsi

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyevin həyat yoldaşı, keçmiş aparıcı Zəhra Quliyeva son günlər sosial şəbəkədəki aktiv paylaşımlarıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, Z.Quliyevanın yeni peşəsi gündəm olub. O, paylaşımlarda terapiyalarla məşğu

15 yanvar
.

Altı gün sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəy

15 yanvar
.

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi

Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib. xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib. Qeyd edək ki, mərhumla vida və dəfn mərasim

15 yanvar
.

Zakir Quliyev yeni BMW alır

"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi 3 ədəd "BMW 520i" markalı xidməti nəqliyyat vasitəsi alır. -a istinadla xəbər verir ki, avtomobillərin alınmasına 364 140 AZN sərf olunacaq. "Regional Su Meliorasiya Xidməti" və satışı həyata keçirəcək "İmprote

16 yanvar
.

İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı

İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Kamil Vırıcıxan oğlu Məhərrəmova məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki

16 yanvar
.

Binəqədi icra başçısı Elxan Allahverdiyev 8 aydır niyə nəzarət etməyib?-Video

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində böyük yaşıllıq ərazi 8 aydan çoxdur qurumaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. 8 ay öncə əraziyə keçirilən baxış zamanı ağaclarda xəstəlik səbəbindən çürümə olduğu məlum olub və müvafiq qurumlara (Binəqədi rayon İcra Hakimiyyəti və Bak

16 yanvar
.

"Banu"nun Güneli haqda dediyi sözlər tənqid olundu

Uzun illərdi Amerikada yaşayan aparıcı Aynur Talıbovanın "Banu" verilişinin aparıcısı Günel Həsənzadə ilə bağlı dediyi sözləri tənqid edilib. Axşam.az xəbər verir ki, Bakıya gələn Aynur şəhər gəzintisinə çıxıb. İçərişəhərdə bir şəxs ona yaxınlaşaraq, onu "Banu"nun Günelinə bənzətdiyin

15 yanvar