"Azərpaşa Nemətov 7 il məni səhnəyə qoymadı..."

"Azərpaşa Nemətov 7 il məni səhnəyə qoymadı..."Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Mehriban Zəki illərlə səhnədən uzaq qalmasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, aktrisa bu barədə ARB TV-də yayımlanan "Pərvizə görə" verilişində danışıb.

O bildirib ki, 7 il səhnədən uzaq qalması mərhum Azərpaşa Nemətovun ona cəzası imiş: "Bundan əvvəlki dövrdə 7 il müddətində "AzDrama"da səhnəyə çıxmadım. Var olan hər bir şeyi qanuni olaraq qəbul etmişəm. Heç vaxt bunu neqativ, pislik kimi qəbul etməmişəm. Pislik olan o idi ki, ömrümdən 7 il getdi. Yəqin ki, belə lazım idi. Sadəcə Azər müəllim onda Rus Dram Teatrında tamaşa oynadığım üçün məni cəzalandırdı. 7 il... Məni qəbul etmirdi, mənimlə tamaşa qurmaq istəmirdi. Hətta söhbətlərimizin birində dedi ki, çıx, get Rus Dram Teatrının aktrisası ol! Dedim ki, getməyəcəyəm. Həyat öz axarı ilə gedir, zaman dəyişdi. Allah Azər müəllimə rəhmət etsin".

"Mehriban Ələkbərzadə gələndə ilk tamaşa üçün əmri "Sənsiz" oldu. Rejissorluğunu Nihad Qulamzadə öhdəsinə götürdü. Nihadın da, Mehriban xanımın da Sevinc obrazı üçün ilk gördükləri mən oldum. Mən də bunu böyük sevinc və sevgi ilə qəbul etdim. Hər dəfə səhnəyə çıxanda 7 il səhnəsiz qaldığım müddətin həsrətini çıxarıram. O həsrət ki, yaşamışdım, 7 il tamaşasız, səhnəsiz qalmışdım... Səhnəyə qovuşmağım mənim üçün bayramdır. Ona görə səhnəyə çıxanda böyük sevgi ilə çıxıram. Tamaşaçının da böyük sevgi ilə qarşılaması, anşlaq olması mənim üçün böyük sevincdir", - aktirsa qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2213   Tarix: 10 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust