Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi

Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildiXızı rayonu Giləzi qəsəbəsində 1999-cu il təvəllüdlü qardaşı arvadı Ləman Qurbanovanı qətlə yetirən 1984-cü il təvəllüdlü qaynı Taleh Qurbanova hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ildə şəhid olmuş Saleh Qurbanovun xanımını boğaraq öldürən qardaşı Taleh Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Qurbanov şəhid olandan sonra onun ailəsində problemlər yaranıb. Şəhidin qardaşı Ləmanın "TikTok" səhifəsi açmasına qarşı çıxaraq onu döyüb. O, Salehin sağlığında arvadının sosial şəbəkələrdən istifadə etmədiyini və indi də bunun yolverilməz olduğunu düşünüb. Ləman isə "Sənsiz həyat" adlı səhifəsində yalnız mərhum həyat yoldaşı ilə bağlı paylaşımlar etdiyini və 20-25 nəfər tanışının bunu bəyəndiyini bildirib. Hadisədən bir neçə gün əvvəl isə Ləmanın qaynı onun telefonunu əlindən alaraq sındırıb.
Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildiBundan sonra da ailədə münasibətlər kəskin olaraq qalıb və Ləman qayınatasının evini tərk edərək atası evinə qayıtmaq istəyib. Lakin qaynı Taleh və digər qohumları şəhidlə bağlı verilmiş bank kartlarının onlarda qalmasını tələb ediblər. Həmin gün onlar Ləmanı pirə apararaq fikrindən daşındırmaq istəyiblər. Lakin pirdən qayıtdıqdan sonra Taleh evdə Ləmana hücum edərək onu boğmaqla qəsdən həyatdan məhrum edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qurbanova 17 il həbs cəzası verilib.

Qeyd edək ki, Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2027   Tarix: 13 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust