"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib

"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilibMartın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Milli Məclisin deputatı tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin birgə müəllifi olduqları "Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həmçinin "Azərbaycan ərazisi (1918-2025)" adlı kitab haqqında məlumat verib. Daha sonra kitabın müəllifləri Vasif Qafarov və Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək ərsəyə gətirdikləri elmi əsəri ictimaiyyətə təqdim ediblər.

Müəlliflər müasir müstəqil Azərbaycanın mövcudluğunun səbəbkarının Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulamaqla, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin dühası və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. Bildirilib ki, bütün bunlar təqdimatı keçirilən kitabda da öz əksini tapıb. Bu kitabda Azərbaycanın tarixi ərazisinin ümumi mənzərəsinə nəzər salınıb, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədlərinin əhatəsi öyrənilib. Kitabda 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında araşdırılıb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 86,6 min kvadratkilometrə endirilməsi və Azərbaycanın ərazisinin xalqın iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılıb.

Hərbi prokuror Xanlar Vəliyev sözügedən araşdırmanın aysberqin görünən tərəfi olduğunu vurğulayaraq, tarixən Azərbaycan ərazilərinin işğala, xalqının soyqırımına məruz qalması faktlarının, ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi prosesinin mütəxəssislər tərəfindən birgə kompleks araşdırılmasına zərurət olduğunu bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov və digər ziyalılar kitabda tədqiq olunan problemin aktuallığını vurğulayaraq, əsərdə böyük elmi yeniliklərə imza atıldığını, yeni elmi müddəalar irəli sürüldüyünü və onların konkret dəlillərlə əsaslandırıldığını yüksək qiymətləndiriblər. Eyni zamanda, kitabın Azərbaycan, Qafqaz və beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrantlar, eləcə də yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün çox faydalı olacağını qeyd ediblər.
"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib"Azərbaycan ərazisi (1918-2025)" adlı kitabın təqdimat mərasimi keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 724   Tarix: 14 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr